SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » MEK QƏRBİ AVROPA ƏDƏBİYYATI FONDUNUN İNCİLƏRİNDƏN DAHA BİRİNİ OXUCULARA TƏQDİM EDİR

MEK QƏRBİ AVROPA ƏDƏBİYYATI FONDUNUN İNCİLƏRİNDƏN DAHA BİRİNİ OXUCULARA TƏQDİM EDİR

Tarix:

3-02-2017, 22:38

/ 3 525 dəfə oxundu.
MEK QƏRBİ AVROPA ƏDƏBİYYATI FONDUNUN İNCİLƏRİNDƏN DAHA BİRİNİ OXUCULARA TƏQDİM EDİR

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Qərbi Avropa ədəbiyyatı fondunda saxlanılan “La musigue des origines a nos jours” isimli kitab 1946-cı ildə Parisdə çapdan çıxıb.

Kitab ilkin səslərdən musiqinin yaranması, musiqinin kökləri, keçdiyi tarixi yolu, musiqi alətlərinin yaranması, zamanla forma və mahiyyət dəyişikliklərinə uğraması istiqamətində tarixi-elmi araşdırmaları əks etdirir. Həmçinin dünya xalqlarının musiqilərinin formalaşması, qədim zamanlardan bu günə qədər musiqiyə mənəvi və ruhsal yanaşmalardan bəhs edir. Fransızca oxuculara təqdim olunan kitab Fransa Milli Konservatoriyasının tarix üzrə professoru Norbert Dufourcq tərəfindən nəşrə hazırlanıb. Bütün dövrlərdə və bütün millətlərdə musiqi sənətini əks etdirən fotoşəkillər, karikaturalar da kitabda oxuculara təqdim olunub. Kitab musiqi tədqiqatçıları, tarixçilər, tələbələr, ümumiyyətlə geniş kütlə üçün nəzərdə tutulub.

Xatırladaq ki, Qərbi Avropa ədəbiyyatı fondunda Avropanın müxtəlif xalqlarının dillərində 60111 nüsxə kitab, 154435 jurnal mühafizə edilir.

Şərhlər

XƏBƏR LENTİ