SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Masazırda 3 saylı məktəbdə erməni havası - Şagirdlər "Artsax" kompozisiyasına oynadıldı

Masazırda 3 saylı məktəbdə erməni havası - Şagirdlər "Artsax" kompozisiyasına oynadıldı

Tarix:

15-09-2017, 11:41

/ 87 359 dəfə oxundu.
Masazırda 3 saylı məktəbdə erməni havası - Şagirdlər "Artsax" kompozisiyasına oynadıldı

Bu gün Azərbaycanda yeni təhsil ilinə start verilib.
Bütün məktəblərdə dərs ilinin başlanması xüsusi tədbirlərlə qeyd olunub. Amma bir məktəbdə baş verən hadisə valideynlərin narazılığına səbəb olub.
Övladı 1-ci sinifə gedən valideyinlərdən biri sosial şəbəkədə Masazırda yerləşən 3 saylı məktəbdə qəribə hadisə ilə rastlaşdığını yazıb. O bildirib ki, məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar.
Maraqlıdır ki, müəllimin seçimi erməni bəstəkarı Ara Gevorqyanın "Artsax” kompozisiyası olub.
"Bu musiqiyə görə, məktəb rəhbərliyinə etiraz etsəm də, xeyri olmadı. Şagirdlər bu musiqi sədaları altında rəqs etdilər”, – deyə valideyn yazıb.

oxu.az

Şərhlər

XƏBƏR LENTİ