SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hakim müstəntiq barəsində xüsusi qərardad çıxartdı

Hakim müstəntiq barəsində xüsusi qərardad çıxartdı

Tarix:

15-09-2017, 11:03

/ 87 551 dəfə oxundu.
Hakim müstəntiq barəsində xüsusi qərardad çıxartdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Xəqani İsayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Zeynal Ağayevin icraatında olan prosesdə cinayət işi məhkəmə baxışına qəbul edilməyib.

İstintaq kobud pozuntularla aparıldığı üçün iş təkrarən ibtidai istintaqa qaytarılıb. Cinayət işinin istintaqını aparan müstəntiq barəsində xüsusi qərardad çıxarılıb.

Qeyd edək ki, X.İsayev bundan öncə bir neçə dəfə məhkum olunub. O, hərbi xidmətdə olarkən, 2002-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 4 il, 2006-cı ildə Xətai rayon məhkəməsinin hökmü ilə 3 il, 2009-cu ildə Nizami rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını tam çəkmədən, 2009-cu ildə oğurluğa görə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. 2015-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb. 2016-cı ildə isə Bakı şəhərində yaşayan Qasım Gülməmmədovun evindən 500 manat və Lalə Gülməmmədovaya məxsus bank kartını oğurlayıb. Saxlanılarkən üzərindən narkotik vasitə aşkarlanıb. Hazırda bu iş üzrə təqsirləndirilir.

Şərhlər

XƏBƏR LENTİ