yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

SOCAR “Kompleks Qazma İşləri Tresti”nin rəisi şikayətçini döydürdü

SOCAR “Kompleks Qazma İşləri Tresti”nin rəisi şikayətçini döydürdü
14-09-2017, 16:04 104 806 dəfə baxılıb
yüklənir...

Polis işə qarışdı…
Dəfələrlə SOCAR və onun tabeçiliyində olan “Kompleks Qazma İşləri Trestin”də baş verən özbaşınalıqlarla bağlı məlumat verib. İşçilərin hüquqlarının Trestin rəisi İsgəndər Şirəli və qohumları tərəfindən tez-tez pozulması narazılıqlar yaratsada Şirəliyevlərin qanuni cəzalandırılmaması növbəti xoşagəlməz hadisələrə şərait yaratmaqdadır.
Bu gün müraciət edən “Kompleks Qazma İşləri Tresti”nin Günəşli İB-nın əməkdaşı daha doğrusu Qurğu rəisinin müavini Arif Qəmbərov Trestdə döyülüb. Buna səbəb Arif Qəmbərovun Prezidentə və digər aidiyyatı qurumlara etdiyi şikayətdir. Belə ki, 30 ildir Trestə çalışan A.Qəmbərov İsgəndər Şirəlinin qanunsuz əməllərinə etiraz edərək baş verən qanun pozuntuları ilə bağlı Prezidentə və digər aidiyyatı qurumlara rəsmi müraciətlər ünvanlayıb.
Müraciətlərdən sonra bu gün əməkdaşı olduğu “Günəşli” İB –yə gedən vətəndaşı Birliyin rəisi Cəbrayıl Qədirov və müavin Şahin Bayramov döyüblər. Arif Qəmbərov baş verən hadisəni belə açıqladı: “Sağlımlığımda problem var idi. Ona görə həkimdən kağız alıb Günəşli İB – nin rəisinə təqdim etmək üçün otağına daxil oldum. Rəis Cəbrayil Qədirovun otağında müvin şahin Bayramovda oturmuşdu. Onlar məni görən kimi başşladılar təhqir edib söyməyə ki, sən niyə Trestdə baş verənləri ora-bura yazırsan. Mən haqlı olduğumu bildirəndə Cəbrayil Qədirov məni vurmağa başladı. Otaqdan çıxmaq istəyəndə müavini Şahin Bayramov qarşıma keçib məni yumruqlamağa başladı. İkisi də məni döyürdü və vəziyyətim ağırlaşdığını görüb buraxdılar. Mən dərhal 102 – ni yığdım və polisə ərizə verdim”.
Məsələ ilə bağlı Trestin rəhbərliyi və adı çəkilən şəxslərin münasibətini öyrənməyə çalışdıq. Trestdən hadisə ilə bağlı məlumatsız olduqlarını bildirdilər.
Xətai rayon Polis şöbəsindən bildirdilər ki, vətəndaş Arif Qəmbərovun döyülməsi ilə bağlı 102 – yə etdiyi müraciət şöbənin 32 – ci polis bölməsində araşdırılır.
Arif Qəmbərovun İsgəndər Şirəli ilə bağlı etdiyi şikayətlərə görə döyülməsi özbaşınalığın nəticəsidir. Haqlı vətəndaşın səsini zor gücü ilə boğmağa çalışan İsgəndər Şirəlinin qanunsuz əməllərinin qarşısı alınmadıqca belə hadisələrin tez-tez baş verməsinin şahidi olacağıq.
Mövzunu diqqətdə saxlayırıq.

Realliq.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Qazma, SOCAR, shleri, reisi, Kompleks, shikayetchini, Trestinin, doydurdu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ