SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Direktor və müavini məhkəmə zalında həbs olundu

Direktor və müavini məhkəmə zalında həbs olundu

Tarix:

14-09-2017, 15:13

/ 91 323 dəfə oxundu.
Direktor və müavini məhkəmə zalında həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Bilal Məmmədov, Anar Nağdıyev və Xalidə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə B.Məmmədov 8 il 6 ay, A.Nağdıyev 8 il azadlıqdan məhrum edilibilər. Hər iki şəxs məhkəmə zalında həbs edilib. X.Mirzəyevaya isə şərti cəza verilib.

İttihama görə, 2012-ci ilin fevral ayından başlayaraq 2014-cü ilin may ayınadək “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının direktoru B.Məmmədovun, onun müavini Anar Nağdıyev və baş mühasib Xalidə Mirzəyeva tərəfindən qurumun tabeliyində olan idman bölmələri üzrə ezamiyyə səfərləri, təlim-məşq toplanışlarına pul vəsaitlərinin xərclənməsinə dair tərtib olunmuş sənədlərə tədbirlərə faktiki xərclənmiş pullardan artıq vəsaitin xərclənməsi barədə bilə-bilə yalan məlumatlar daxil etməklə məşqçi müəllimlərin kart hesablarına köçürülməsi və kassa məxaric orderləri əsasında onların adına rəsmişləşdirilməsi təşkil edilməklə 115.395,2 manat büdcə vəsaiti mənimsənilib.

Şərhlər

XƏBƏR LENTİ