SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Tərəqqi” Texniki və Humanitar Liseyində BAZAR AÇIBLAR - İTTİHAM VAR

“Tərəqqi” Texniki və Humanitar Liseyində BAZAR AÇIBLAR - İTTİHAM VAR

Tarix:

14-09-2017, 12:58

/ 64 670 dəfə oxundu.
“Tərəqqi” Texniki və Humanitar Liseyində BAZAR AÇIBLAR - İTTİHAM VAR

Bakıda məktəbli forması ilə bağlı direktor və valideynlər arasında problem yaşanıb.

Valideynlərdən biri bu barədə müzakirələr bölməmizə yazlıb. Valideynin iddiasına görə, Nərimanov rayonu “Tərəqqi” Texniki və Humanitar Liseyinin direktoru Məhbubə Məmmədova mağazalarda 40 AZN-ə satılan məktəbli formasını valideynlərə 120 AZN-ə məcburi satır və eyni formanı başqa yerdən almağı qadağan edir. Valideyn qeyd olunan problemlə bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "qaynar xətti"nə müraciət etsə də, nəticə vermədiyini deyir.
Məsələ ilə bağlı “Tərəqqi” Texniki və Humanitar Liseyi ilə əlaqə saxladıq. Direktorun köməkçisi Metbuat.az-a açıqlamasında bildirdi ki, sözügedən probemlə bağlı artıq direktor Təhsil Nazirliyinin nümayəndəsinə açıqlama verib. Tək-Tək sualları cavablandıra bilməz.
Daha sonra Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, sözügedən problemlə bağlı Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxlayaq.
Bakı şəhər Təhsil İdarəsinin mətbuat xidmətindən isə bildirildi ki, həmin lisey Təhsil Nazirliyinə birbaşa tabe olan 20 məktəbdən biridir və suallarımıza yanlız Təhsil Nazirliyi cavab verə bilər. Təhsil Nazirliyi ilə yenidən əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Məsələ diqqətimizdədir…

disput.az
“Tərəqqi” Texniki və Humanitar Liseyində BAZAR AÇIBLAR - İTTİHAM VAR
“Tərəqqi” Texniki və Humanitar Liseyində BAZAR AÇIBLAR - İTTİHAM VAR

Şərhlər

XƏBƏR LENTİ