SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nəsimi rayon 115 saylı uşaq bağçasının müdirəsi baxçanı bazara çevirib?!

Nəsimi rayon 115 saylı uşaq bağçasının müdirəsi baxçanı bazara çevirib?!

Tarix:

13-09-2017, 13:49

/ 59 733 dəfə oxundu.
Nəsimi rayon 115 saylı uşaq bağçasının müdirəsi baxçanı bazara çevirib?!

115 saylı uşaq bağçasının müdirəsi Yaqubova Şəfiqə Qüdrət qızı: “Nə olsun baxça Nəsimi rayon icra hakimiyyətinin nədzindədir, onlar göndərdiyi 95 uşağı qeydiyyata almışam, daha mənim işlərimə qarışa bilməzlər”

Bu gün elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur”. Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Son illərdə ölkədə yeni baxça və məktəb binalarının tikintisi, köhnələrin əsaslı təmiri böyük vüsət almışdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. “Yeniləşən Azərbaycana yeni məktəb”, Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın təhsilə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.
Ancaq onu da qeyd edək ki, rayonlarda və Bakıda baxça-uşaq evləri və internat məktəblərini şəxsi gəlir obyektinə çevirənlərdə var. Belə xoşa gəlməz hadisələr barədə redaksiyamıza müraciət edənlər də çoxdu.
Həmin xoşa gəlməz hadisələrdən biri də, Bakı şəhəri, Nəsimi rayonu 5-ci mkr, A.Məhərrəmov küçəsi 15 ünvanında yerləşən, 115 saylı uşaq bağçası ilə bağlıdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu 5-ci mkr, A.Məhərrəmov küçəsi 15 ünvanında yerləşən, 115 saylı uşaq bağçasının müdirəsi Yaqubova Şəfiqə Qüdrət qızı dövlət bağçasını şəxsi gəlir obyektinə çevirərək, valideynlərdən aylıq ödəniş tələb edir.
Paytaxtın Nəsimi rayonunun ərazisində yerləşən 115 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Yaqubova Şəfiqə Qüdrət qızının işindəki əyinti halları və qanunlara məhəl qoymaması barədə sensasion məlumatlar Millətinsəsi.info saytına daxil olmaqda davam edir.
Saytımıza müraciət edən valideyn, Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon ərazisində kirayə yaşayan Abbaszadə Mahir Tapdıq oğlu bir sıra maraqlı məqamları açıqlayıb.
Şikayətçi bildirib ki, 2017-ci ilin may ayında oğlum Ayxan Abbaszadəni 115 saylı körpələr evi-uşaq bağçasına qeydiyyat etdirmək istəyib: «Bu məqsədlə bağçanın müdiri Yaqubova Şəfiqə Qüdrət qızına müraciət etdim. Baxça müdirəsi mənə bildirdi ki, bunun üçün 300 manat ödəməliyəm. Üstəlik, uşaq bağçaya qəbul ediləndən sonra hər ay 50 manat verməliyəm. Yaqubova Şəfiqə Qüdrət qızına bildirdim ki, bəs bura dövlət baxçasıdır və Nəsimi rayon icra hakimiyyətinin nədzində olduğu üçün pulsuz olmalıdır. Baxça müdirəsi bildirdi ki, “nə olsun baxça Nəsimi rayon icra hakimiyyətinin nədzindədir, onlar göndərdiyi 95 uşağı qeydiyyata almışam, daha mənim işlərimə qarışa bilməzlər.”
Daha sonra bağçanın müdirəsi Yaqubova Şəfiqə Qüdrət qızına bildirdi ki, imkanın yoxdursa sənə 50 manat güzəşt edərəm, 250 manat ver, uşağı qeydiyyata alaq. Hər ay 50 azn aylıqıda ödəyərsən. Bu məbləğdə pulu ödəyə bilməyəcəyimi və buna görə Bakı Şəhər İcra Hakimiyyətinə, cənab Prezident İlham Əliyevə şikayət edəcəyimi bildirdikdə mənə qəzəbli halda “get kimə şikayət edirsən et, mənim işimə heç kim qarışa bilməz. Çünki, qardaşım Respublika Baş Prokurorluğunda, qaynım isə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyir, Onlar dağ kimi arxamda dayanıblar.” Bu cür sözlər deyərək əsəbi halda məni otağından çıxartdı.
Daha sonra öyrəndim ki, bağçanın müdirəsi Yaqubova Şəfiqə Qüdrət qızının aylıq istədiyi 50 azn ödəniş də qeyri-qanunidir. Buna görə, Sizin vasitənizlə ölkə rəhbərliyinə, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və aidiyyəti dövlət qurumlarına müraciət edib kömək istəyirəm.”
Onu da qeyd edək ki, bir neçə ay bundan öncə 115 saylı baxçada uşaqlara vaxtı ötmüş ərzaqlar verildiyi deyilirdi. Bu barədə “Facebook” sosial şəbəkəsində jurnalist Ləman Əliəşrəfqızı da yazıb. Həmin yazını olduğu kimi sizə təqdim edirik:
“Baxçada dünən uşaqlara iylənmiş ət veriblər. Bu gün təsadüfən valideynlərlə müəllimlərin mübahisəsinin şahidi oldum. Uşağı bağçadan götürəndə gördüm valideynlər müəllim və “texniçka”ları küncə qısıblar. Məni görəndə dərdləri təzələndi. Valideynin biri deyir ki, dünən uşağı gətirəndə görüb ətrafı iylənmiş ət iyi basıb. Deyib bu nədir bişirirsiz, bu iy nədir? Cavab çox qəribə olub. Gah deyiblər bayramdan sonradır, ət qalıb iylənib! (Hərçənd, sovetin vaxtında dondurulmuş ətləri bir əsr boyu yeyirdin iylənmirdi), gah deyiblər narahat olmayın ətə dəfnə yarpağı vurmuşuq, iy gedəcək və s. Maraqlıdır ki, bu hadisələr bağça müdirinin məzuniyyətdə olduğu bir vaxtda baş verir. Müdiri isə anbardar əvəz edir ki, o da müdirin yaxın qohumudur. Faktı aşkarlayan valideyn həm də deyir ki, ötən il bu bağçadan gecə ərzaq oğurluğunu telefona çəkib, sadəcə o vaxtkı müdir çox yalvar-yapış etdiyi üçün məsələni şişirtməyiblər. Əgər valideynin dediyi həqiqətdirsə, onda təzə əti gecəynən satıb yerinə keyfiyyətsiz ət gətirmələri də istisna olunmur. Əlbəttə, bu mənim ehtimalımdır… İndi səbirsizliklə səhərin açılmasını gözləyirəm. Görək anbardarın cavabı nə olacaq?!”

Bu gün baxçaya yollanan jurnalist deyilənlərin şahidi olub:

“115 saylı bağçada uşaqlara verilən xamanın martın 20-də istifadə müddəti bitib. Bu gün aşbaz onu xörəyə istifadə etməkdən imtina edib. Anbara girib ətə də baxdım. Bir soyuducuda təzə ətdir, bir soyuducuda köhnə. Rəngi qapqaradır. Anbardara deyirəm bunu niyə verirsiz uşaqlara? Deyir, qalığımdır daa. Deyirəm qalıqları məhz uşaqlara verməlisiz? Təzəni ver də! Nə isə. Deməli, bağçaları Təhsil Nazirliyindən alıb Bakı Şəhər İcra Hakimiyyətinə vermək heç nəyi dəyişmədi! Gərək özümüzü dəyişək. Oğru əlimizi, oğru nəfsimizi, vicdanımızı dəyişək!”
Məsələ ilə bağlı 115 saylı bağçanın müdirəsi Yaqubova Şəfiqə Qüdrət qızı ilə əlaqə yaratmaq üçün 431-12-80 nömrəli telefona zəng etsək də, operator xətt məğul olduğunu bildirdi. Bu səbəbdən qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.
Nəsimi rayon 115 saylı uşaq bağçasının müdirəsi baxçanı bazara çevirib?!
Nəsimi rayon 115 saylı uşaq bağçasının müdirəsi baxçanı bazara çevirib?!

Şərhlər

XƏBƏR LENTİ