SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Ağdamlı olduğum üçün mənə qərəzli yanaşıldı" - Şikayət

"Ağdamlı olduğum üçün mənə qərəzli yanaşıldı" - Şikayət

Tarix:

13-09-2017, 12:19

/ 56 970 dəfə oxundu.
"Ağdamlı olduğum üçün mənə qərəzli yanaşıldı" - Şikayət

Azərbaycanda keçirilən müəllimlərin işə qəbul imtahanı ilə bağlı Ağdam rayon Əfətli kənd sakini Qarayeva Bahar Arzuman qızı tərəfindən ölkə prezindenti İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya şikayət məktubu ünvanlanıb. Məktubun surəti nazirlərimizə, hörmətli deputatlarımıza, Konstitusiya Məhkəməsi, Komitə və İcma Rəhbərlərinə, QHT və KİV Rəhbərlərinə və digər ünvanlara da göndərilir:

Məktubda qeyd olunur:

Hörmətli Prezident, hörmətli Birinci Vitse-Prezident!

Bildirirəm ki, mən ixtisasca “təsviri incəsənət” müəllimiyəm. Bir illik pedaqoji iş stajım var. 2017-ci ilin aprel ayında müəllimlərin diyaqnostik qiymətləndirmə imtahanına qatılmışam və 48 bal toplamışam. 04.08.2017- ci ildə müəllimlərin işə qəbul imtahanına buraxıldım və 41 bal topladım. 17.08.2017-ci il tarixdə müsahibəyə dəvət olundum və arzuolunmaz hallarla qarşılaşdım. Belə ki, müsahibə aparan 2 qadın özünü təqdim etmədən, etik normalara uyğun gəlməyən hərəkətlər və ifadələrlə, heç bir şəffaflıq və qərəzsizlik ortaya qoymadan mənimlə rəfdar etməyə başladılar. Əvvəlcə məndən haradan gəldiyimi soruşdular. Mən Ağdam rayonundan gəldiyimi və 2 körpə uşaqla (biri 2 yaşında, digəri 2 aylıq) gəldiyimi bildirdim. Mənim ağdamlı olduğumu eşidəndən sonra bu insanların sifət cizgilərindən dəyişiklik yarandı və mənə qarşı aqressiv xarakterdə davaranış göstərdilər. Mənə ünvanlanmış 15 müsahibə sualından 13-nə cavab verdim və mən həmin müsahibə otağını hamı kimi tərk etdim. Sonradan mənə öz şəxsi səhifəmə gələn cavabla tanış olduqda mənim vakant yer seçiminə buraxılmamağımın şahidi oldum.

Hörmətli Prezident,hörmətli Birinci Vitse-Prezident!

Bununla bağlı aşağıdakı fikirlərimi nəzərinizə çatdırıram:

1. Mən YAP üzvüyəm və YAP üzvü olmağımdan sui istifadə etməyə maraqlı deyiləm.

2. Mən qarabağlıyam və ağdamlı olmağımla fəxr edirəm.

3. Mənə qarşı 2 imtahanda- birində 48, digərində 41 bal toplamış və bir illik pedaqoji stajı olan gənc müəllimə qarşı müsahibə zamanı yol verilmiş ədalətsizliyi və qərəzi, şəffaflığın olmamasını özümə qarşı, konstitusiyasında hüquqi, demokratik, dünyəvi dövlət sözləri yazılmış bir ölkənin vətəndaşına qarşı hüquq və azadlıqların kobud şəkildə pozulması kimi dəyərləndirirəm və bu hala nifrət edirəm.

4. Əgər şəffaflıq təmin edilən müsahibə aparılırsa, nəyə görə müsahibə aparan şəxslər özlərini təqdim etmirlər və aparılan prosessin (şəxsən mənimlə aparılan müsahibənin) video yazısı bizə təqdim edilmir?

5. Biz 2 körpə uşağı olan gənc qadın 48 bal topladığımız halda nəyə görə müsahibə adı altında həmin müsahibənin aparılmasına “soxulmuş” qarşı tərəfdən hüquqpozmalara məruz qalmalıyıq və apellyasiya komissiyasına sürünməliyik?

6. Bütün bu diaqnostik qiymətləndirmələr, işə qəbul imtahanları həqiqəti ortaya qoymaqdan ötrüdürsə, onda bu yalançı, dairəvi əlbirliklə idarə olunan “müsahibə oyunları” nədən ötrüdür?

7. Mən, özüm oxuyub özüm də ixtisasa yiyələnmişəm. Kimlərinsə bölgəçilik müstəvisində bizlərə qarşı, şəxsən mənə qarşı apardığı düşmənçilik maraqlarının qurbanına çevrilməliyəmmi?

8. Əgər Azərbaycan Respublikasında kadrların hazırlanmasında, onların aidiyyatı bir neçə yoxlamalardan keçirilməsində şəffaflıq təmin oluna bilərsə (proses texniki vasitələrdən istifadə olunmaqla şəffaf qeydə alınarsa) onda Apellyasiya komissiyası axtarmağa dəyərmi və 2 körpə uşağı olan gənc qadına 3 dəfə Bakı şəhərinə aparmağa lüzum olarmı?

9. Biz, ayrı-ayrı insanların şəxsi maraqlarının əsirinə çeviriliriksə, onda bu ölkədə rahat yaşaya bilərikmi?

Hörmətli Prezident, hörmətli Birinci Vitse-Prezident!

Xahiş edirəm mənimlə bağlı baş vermiş qanuna zidd hərəkətlərin araşdırılması və ciddi qanun pozuntularına yol vermiş aidiyyatı şəxslərin məsuliyyət məsələsinin həll edilməsi üçün ölkənin prezidenti və Birinci-Vitse prezidenti olduğunuzu sübut edin!

Yox, əgər bu mümkün deyilsə, bizim ailəlikcə bu ölkədən getməyimizə şərait yaratmağınızı Sizdən artıq dərəcədə xahiş edirəm!

Hörmətlə: Mən və mənim fikirlərimi dəstəkləyən ailə üzvülərimiz

İmzalar:

1. Qarayeva Bahar Arzuman qızı ( YAP-üzvü)
2. Əhmədov Şəmsəddin Məhəddin oğlu ( YAP-üzvü)
3. Əhmədov Məhəddin Əhəd oğlu
4. Əhmədov Ramin Məhəddin oğlu(II qrup Əlil)
5. Qarayev Murad Arzuman oğlu
6. Əhmədova Məryəm Alyar qızı
7. Qarayev Arzuman Çıraq oğlu
8. Qarayeva Vəfa Əhməd qızı

Xalqinfo.az
"Ağdamlı olduğum üçün mənə qərəzli yanaşıldı" - Şikayət
"Ağdamlı olduğum üçün mənə qərəzli yanaşıldı" - Şikayət
"Ağdamlı olduğum üçün mənə qərəzli yanaşıldı" - Şikayət
"Ağdamlı olduğum üçün mənə qərəzli yanaşıldı" - Şikayət
"Ağdamlı olduğum üçün mənə qərəzli yanaşıldı" - Şikayət
"Ağdamlı olduğum üçün mənə qərəzli yanaşıldı" - Şikayət
"Ağdamlı olduğum üçün mənə qərəzli yanaşıldı" - Şikayət
"Ağdamlı olduğum üçün mənə qərəzli yanaşıldı" - Şikayət

Şərhlər

XƏBƏR LENTİ