SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şirvan əhalisi üç gündür susuz qalıb: Camaat vedrə ilə su daşıyır

Şirvan əhalisi üç gündür susuz qalıb: Camaat vedrə ilə su daşıyır

Tarix:

13-09-2017, 11:54

/ 37 232 dəfə oxundu.
Şirvan əhalisi üç gündür susuz qalıb: Camaat vedrə ilə su daşıyır

Şirvan şəhərində əhaliyə suyun verilməsində üç gündür çətinliklər yaranıb.

Bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, şəhərin əksər ərazilərində su yoxdur:

"Şirvan şəhərində 3 gündür su yoxdur. Sakinlər su avtomobilini məhəllələrə gətirdib, suyu vedrə ilə öz evlərinə daşıyırlar. “Azərsu” ASC ilə əlaqə saxlamışıq, lakin onlar bildirirlər ki, xəbərimiz yoxdur. Elə bil XVII əsrdə yaşayırıq, XXI əsrdə 100000 əhalisi olan şəhəri necə 3 gün susuz qoymaq olar? Bu istidə kişilər, yaşlılar, qadınlar, cavanlar, uşaqlar tər tökə-tökə evlərinə vedrə ilə su daşıyırlar. Belə olmaz...".

Sakinlər onu da qeyd ediblər ki, suyun kəsilməsi ilə bağlı heç yerdə xəbərdarlıq olmayıb.

Yaranmış problemə aydınlıq gətirən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Şirvan şəhərinin susuz qalmasının səbəbi magistral kəmərdə aparılan təmirlə əlaqədardir:

"Şəhərin su xətləri köhnə olduğundan 530 millimetr diametrdə kəmər magistral kəmərlə birləşdirildi. Suyun verilişində fasilə yaranmasının səbəbi də bu idi. Artıq təmir yekunlaşıb".

A.Cəbrayıllının sözlərinə görə, bu gundən şəhərin su təminatı bərpa olunacaq.

Şərhlər

XƏBƏR LENTİ