SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qayınanasını öldürən 25 yaşlı şəxsə AĞIR CƏZA

Qayınanasını öldürən 25 yaşlı şəxsə AĞIR CƏZA

Tarix:

13-09-2017, 10:50

/ 36 430 dəfə oxundu.
Qayınanasını öldürən 25 yaşlı şəxsə AĞIR CƏZA

Qayınanasını öldürməkdə təqsirləndirilən Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə Elçin Hüseynov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Xəzər rayonu, Binəqədi qəsəbəsindəki Vərəm Dispanserində baş verib.

Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Bağır qızı Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb.

Məlumata görə, hadisəni törədən Elçin Hüseynovla həyat yoldaşı arasında mübahisə yaranıb, həyat yoldaşı evi tərk edərək anasıgilə gedib. E.Hüseynov dispanserə gələrək qayınanasından qızını geri göndərməsini tələb edib.

F.Mürsəlova isə E.Hüseynovun tələbinə rədd cavabı verib. Tərəflər arasında yaranan mübahisə qadının qətli ilə nəticələnib.

Elçin Hüseynova Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmək) maddəsi ilə ittiham verilib.

Şərhlər

XƏBƏR LENTİ