SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıtda şəhid ailələrinə torpaq sahəsi əvəzinə bataqlıq verilib -ŞİKAYƏT

Sumqayıtda şəhid ailələrinə torpaq sahəsi əvəzinə bataqlıq verilib -ŞİKAYƏT

Tarix:

12-09-2017, 16:36

/ 51 713 dəfə oxundu.
Sumqayıtda şəhid ailələrinə torpaq sahəsi əvəzinə bataqlıq verilib -ŞİKAYƏT

Sumqayıt şəhərində yaşayan bir qrup şəhid ailəsi onlara verilən torpaq sahələri ilə bağlı narazıdır.

Bu barədə şəhər sakini, şəhid ailəsi üzvü Zaur Məmmədov şikayətini bildirib. Onun sözlərinə görə, bir neçə il öncə şəhid ailələrinin Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciətinə əsasən, onlara Sumqayıt şəhər Bələdiyəsi tərəfindən Yaşıldərə yaşayış massivinin 5 və 6-cı məhəllələrindən torpaq sahəsi verilib.
Buna baxmayaraq, şəhid ailələrinin böyük bir qismi ərazinin bataqlıq və qamışlıqla dolu olduğuna görə orada nəinki ev tikə, heç yaxınlaşa da bilmirlər. Şikayətçinin sözlərinə görə, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan torpaq sahəsindən istifadənin mümkün olmaması narazılıq yaradıb: "Bəlkə də 10 il öncə şəhid ailələrinə həmin torpaq sahəsi bir o qədər də vacib deyildi, ancaq artıq şəhid övladları böyüyüblər, ailə qurublar, onların mənzilə ehtiyacı yaranıb. Bizim istəyimiz odur ki, şəhər icra hakimiyyəti, bələdiyyə həmin əraziyə əl gəzdirsin, normal vəziyyətə gətirsin. Bununla şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğı siyasətini davam etdirmiş olarlar”.
Sözügedən məsələylə bağlı Sumqayıt şəhər Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən verilən məlumata görə, bəzi ərazilərdə həmin bataqlıqlar qurudulub: "Bu iş davam edəcək. Bütün bu cür bataqlıq olan ərazilər qurudularaq tam olaraq istifadəyə yararlı vəziyyətə gətiriləcək. Bununla bağlı layihələndirmə işi aparılır”. Ümid edirik ki, şəhid ailələrinin bu problemi yaxın zamanda öz həllini tapacaq.

Xeberle.com

Şərhlər

XƏBƏR LENTİ