SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil naziri "məndən başqa, hamı rüşvət alır" deyən direktoru niyə cəzalandırmır?

Təhsil naziri "məndən başqa, hamı rüşvət alır" deyən direktoru niyə cəzalandırmır?

Tarix:

12-09-2017, 15:39

/ 53 277 dəfə oxundu.
Təhsil naziri "məndən başqa, hamı rüşvət alır" deyən direktoru niyə cəzalandırmır?

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva jurnalisti təhqir edib.
Məlumata görə, direktor ona sual xeberle.com saytının əməkdaşına kobud şəkildə cavab verib: "Mən heç kimdən pul yığmıram. Məndən başqa bütün məktəblər pul yığır bu bir, ikincisi isə sizə heç bir haqq vermirəm. Siz mənə qələt edib zəng etmisiniz. Fsyo!".
Direktorun açıqlamasında ən maraqlı məqam isə onun bütün məktəb direktorlarını rüşvətxor adlandırmasıdır. Maraqlıdır ki, Təhsil Nazirliyi "məndən başqa hamı rüşvət alır" deyən direktorla bağlı hələ də açıqlama verməyib.
Xatırladaq ki, Ruhiyyə Tağıyeva ötən ilin aprel noyabr ayları ərzində Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. O, müdir postu ilə vidalaşdıqdan sonra 1 saylı məktəbə direktor vəzifəsinə təyin olunub.
Bundan öncə isə Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova jurnalisti təhqir etmişdi:
"Get işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa yaz! "Dux”un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib başına oyun açaram. Çox ayıb olsun. Sənin "Axar.az"ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun… Tərbiyəsiz!”
Direktoru qardaşı Rasim Məmmədov isə açıqlamasında mediaya səslənmişdi: Jurnalistlərə isə müraciət edirəm ki, əgər bacarırsınızsa, mini yubkalı, ağzında siqaret olan, qucaqlarda oturan direktorlardan yazın, bacımdan yox".
Maraqlı məqam ondan ibarətdir ki. Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama yayacağını söyləsə də, sonradan bu mövzuya qayıdılmadı.
Görəsən, Mikayıl Cabbarov nəyə görə susur? O bütün direktorların rüşvət aldığının fərqindədir, yoxsa...?

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ