SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıtda kanalizasiya suları birbaşa dənizə axıdılır? - ARAŞDIRMA

Sumqayıtda kanalizasiya suları birbaşa dənizə axıdılır? - ARAŞDIRMA

Tarix:

12-09-2017, 13:39

/ 54 076 dəfə oxundu.
Sumqayıtda kanalizasiya suları birbaşa dənizə axıdılır? - ARAŞDIRMA

Sumqayıtın təxminən yarım milyona yaxın əhalisi var.
Son illər şəhərdə aparılan abadlıq-quruculuq işləri Sumqayıtın inkişafından xəbər verir. Bu illər ərzində şəhərdə bulvar salınıb, yeni mədəniyyət və idman obyektləri tikilib, yollar təmir olunub, dam örtükləri yenilənib, yeni marşrut avtobusları gətirilib, şəhərin böyük bir hissəsi su və kanalizasiya sistemi ilə təchiz olunub və digər bu kimi işlər görülüb. Bəs görəsən çox sayda əhalinin yaşadığı şəhərdə kanalizasiya sularının təmizlənməsi sistemi ilə bağlı hansısa problem varmı?
Şəhər əhalisinin su sərfiyyatı bütövlükdə vahid kanalizasiya sisteminə qoşulubmu? Xəzər dənizinə kanalizasiya sularının birbaşa axıdılması faktı varmı?
Bu barədə kiçik bir araşdırma apardıq və suallarımızı Sumqayıt şəhər Su Kanal İdarəsinin rəis müavini Qurban Mikayılova ünvanladıq. Qurban müəllim bildirdi ki, Sumqayıt şəhərindəki kanalizasiya sularının böyük bir hissəsi xüsusi qurğu vasitəsilə təmizlənərək dənizə axıdılır: "Bu təmizləyici qurğu şəhərin 26-cı məhəlləsi, Xəzər bağları adlanan ərazisində yerləşir. Qurğu təxminən 2005-ci ildən çalışmağa başlanılıb. Sutka ərzində 130 min kubmetr (bunun 90 min kubmetri sırf Sumqayıtın, 40 min kubmetri isə digər qəsəbə və yaşayış massivlərinin payına düşür) sərfiyyat olur ki, bu qurğu onun 120 min kubunu təmizləyir. Lakin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi (Nasosnu), Köhnə Corat qəsəbəsi, Xəzər bağları, Yaşıldərə yaşayış massivi ərazilərindəki yaşayış evləri mərkəzi kanalizasiya sisteminə qoşulmadığı üçün sutkada 10 min kubmetr kanalizasiya suyu birbaşa dənizə axıdılır”.
Sumqayıt şəhər Su Kanal İdarəsi rəsmisinin də söylədiyi kimi, hələ də Sumqayıtda Xəzər dənizinin çirkləndirilməsi prosesi davam edir. Ümidvarıq ki, tezliklə bu məsələ də öz həllini tapacaq. Adıçəkilən qurğunu öz gözlərimizlə də görmək üçün Qurban müəllimin dediyi ünvana yollandıq.
Həmin qurğunun, habelə kanalizasiya sularının birbaşa dənizə axıdılmasına dair foto və videonu sizə təqdim edirik:

Xeberle.com
Sumqayıtda kanalizasiya suları birbaşa dənizə axıdılır? - ARAŞDIRMA
Sumqayıtda kanalizasiya suları birbaşa dənizə axıdılır? - ARAŞDIRMA
Sumqayıtda kanalizasiya suları birbaşa dənizə axıdılır? - ARAŞDIRMA
Sumqayıtda kanalizasiya suları birbaşa dənizə axıdılır? - ARAŞDIRMA
Sumqayıtda kanalizasiya suları birbaşa dənizə axıdılır? - ARAŞDIRMA
Sumqayıtda kanalizasiya suları birbaşa dənizə axıdılır? - ARAŞDIRMA
Sumqayıtda kanalizasiya suları birbaşa dənizə axıdılır? - ARAŞDIRMA

Şərhlər

XƏBƏR LENTİ