SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıya gələn gəmini partlatmaq istədilər

Bakıya gələn gəmini partlatmaq istədilər

Tarix:

12-09-2017, 12:21

/ 36 753 dəfə oxundu.
Bakıya gələn gəmini partlatmaq istədilər

Türkmənistan xüsusi xidmət orqanları ölkənin Türkmənbaşı şəhərindən Bakıya gələn sərnişin bərəsində terror aktının qarşısını alıb.

Ad və soyadları açıqlanmayan Türkmənistan vətəndaşı olan iki qardaş bərəyə partlayıcı qurğu keçirməyə cəhd göstərərkən tutulublar.

Məlumata görə, qardaşlar əvvəldən müxtəlif istiqamətlərə bilet alıblar. Sonda Bakıya gələn bərəyə miniblər. Onlar partlayıcını hissə-hissə bərəyə daşıyaraq, bombanı onun göyərtəsinə yığmağı planlaşdırıbmışlar. İnformasiyaya əsasən, partlayış Türkmənistanın su ərazisində törədilməli imiş.

Həmin gün bərədə 170-ə yaxın sərnişin və Türkiyə şirkətinə məxsus yük avtomobilləri olub.

Məlumata görə, xüsusi xidmət orqanları terror aktının törədiləcəyini əvvəlcədən bilirmiş.

Partlayışın qarşısının alınması əməliyyatı avqustun 28-də keçirilsə də, məlumat sentyabrın 12-də yayılıb.

Şərhlər

XƏBƏR LENTİ