SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qarabağ veteranı prezidnetdən kömək istədi - VİDEO

Qarabağ veteranı prezidnetdən kömək istədi - VİDEO

Tarix:

12-09-2017, 11:47

/ 36 353 dəfə oxundu.
Qarabağ veteranı prezidnetdən kömək istədi - VİDEO

Redaksiyaya müraciət edən Bakı şəhəri Səbail rayon Qurban Abbasov küçəsi 3 mənzil 1 ünvanda yaşayan !-ci Qarabağ müharibəsinin veteranı,Qərbi Azərbaycandan (Ermənistan) didərgin düşmüş Əliyev Əsəd Qürbət oğlu bildirdi ki, o uzun illərdi şər və böhtana məruz qalmaqdadır.

Əsəd Əliyev qeyd etdi ki,1990-cı ildə Qərbi Azərbaycandan ermənilər tərəfindən didərgin düşdükdən sonra Bakı şəhərində hazırda 5 nəfər ailə üzvü ilə yaşadığı ünvanda yerləşiblər. Yaşadığı evin damında əvvəllər balaca bir taxtadan quraşdırılan baraka qoyulub və həmin barakada da Zəngilan rayonundan yurd-yuvasın məcburi tərk etmiş insanlar 1994-cü ildə yerləşiblər.Sonradan həmin Zəngilandan olan qaçqınlar ordan çıxdıqdan sonra qeyd edilən barakanı əslən Cəlilabad rayonundan olan Əliyeva Fatma və gəlini Vüsalə Sərxanqızı müəyyən adamların və o zamanlar Səbail rayon 46 saylı Mənzil Kamunal Təsərüfatı İdarəsinin rəisinin köməkliyi ilə zəbt ediblər.Bu gün də həmin barakada qanunsuz olaraq davamlı tikinti işləri apararaq onun mənzilini təhlükə altında qoyurlar.

Əsəd Əliyevin dediklərin video müsahibədə:

Redaksiyadan: Bir daha qeyd edirik ki, müsahibədə səslənən fikirlərlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Vətəninfo.az

Şərhlər

XƏBƏR LENTİ