SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıdakı evində yeniyetmə qızları kişilərlə sevişməyə məcbur etdi, sonra Dubaya apardı və...

Bakıdakı evində yeniyetmə qızları kişilərlə sevişməyə məcbur etdi, sonra Dubaya apardı və...

Tarix:

11-09-2017, 17:27

/ 53 880 dəfə oxundu.
Bakıdakı evində yeniyetmə qızları kişilərlə sevişməyə məcbur etdi, sonra Dubaya apardı və...

Azərbaycanlı qadınları Dubayda cinsi istismara məruz qoymaqda təqsirli bilinən Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Umu Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Umu Quliyeva 2005-ci ildən qadın alverilə məşğul olmağa başlayıb. Onun ilk məhkumluğu 2007-ci ildə olub.
Qızların fahişəliyə cəlb edilməsi
Həmin ittihamda göstərilib ki, Umu Quliyeva yetkinlik yaşına çatmayan qızıları Nərimanov rayonunda kirayələdiyi evə gətirib və onları kişi müştəriləri ilə görüşdürüb.
Həmin il Cinayət Məcəlləsinin 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə mühakimə olunub və Nərimanov rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Umunun qadın “biznesi”
Umu Quliyeva həmin il həbsxanada cəmi 4 ay cəza çəkib. O, həmin il verilən “Amnistiya Aktı”na əsasən cəzadan azad olunub. Həbsxanadan çıxan Umu Quliyeva yaşadığı Sumqayıt şəhərinə gəlib. O, bu dəfə qadın alveri “biznesi”ni genişlənidirib və Azərbaycan hüdudlarından kənara çıxıb.
Parkda qadın “ovu”
Umu Quliyeva Sumqayıt şəhərində istintaqa ad və soyadı məlum olmayan “Sevda” adlı qadınla cinayət əlaqəsinə girərək, 2010-cu ildən azərbaycanlı qadınları Birələşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb, orada cinsi istismara məruz qoyub.
Belə ki, o, Səkinə Abdullazadə və İntizar Abbaslının sifarişi ilə Sumqayıt şəhərində qadın “ovu”na çıxıb. O, şəhər ərazisində tanış olduğu Samirə Məmmədova (ad və soyad şərti verilib – red.) tanış olub.
Vəd olunan iş
Parkda tanış olduğu Samirə ilə Dubay şəhərində işləməyi təklif edib. O, Samirəni bu şəhərdə restoranlardan birinə xidmətçi düzəldəcəyini vəd edib. Sonra onunla razılığa gəlib və Samirənin sənədlərini götürüb.
Növbəti gün Umu Quliyeva Samirə ilə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində görüşüb. Birlikdə hava limanına gediblər.
“Kişi müştəriləri ilə görüşməlisən”
Daha sonra Umu Quliyeva dəstə üzvləri Səkinə Abdullazadə və İntizar Abbaslı vasitəsilə Samirəni Dubay şəhərinə yollayıb. Orada Samirə vəd olunan işlə təmin olunmadığını görüb.
Sevda adılı qadın Samirəni yaşadığı evə aparıb. O, evdə Samirənin sənədlərini əlindən alıb və kişi müştərilərilə görüşməsini tələb edib.
Əvvəlcə Samirə onun təklifilə razılaşmayıb. Ancaq Sevda ondan kişi müştərilərilə görüşməsini tələb edib. Məcbur qalan Samirə kişi müştərilərilə müxtəlif ünvanlarda görüşərək onlarla cinsi əlaqədə olub.
9 il cəza
Umu Quliyeva Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham edilib.
Cinayət işində adı keçən digər şəxslərin işi isə ayrıca icraata götürülüb. Umu Quliyevanın cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılıb. Məhkəmənin hökmü ilə Umu Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.
Qadın alverçisinə sərt cəza
Hökmdən narazı qalan Umu Quliyeva apelyasiya şikayəti verib. O, barəsində həbs olmayan cəza növünün təyin edilməsini xahiş edib. Həmçinin prokurorluqda apelyasiya protesti verərək, Umu Quliyevanın cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini tələb edib.
Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyilə baş tutan prosesdə Umu Quliyevanın apelyasiya şikayəti təmin edilməyib. Məhkəmə prokurorluğun protestini təmin edib və onun cəzasını ciddi rejimli cəza çəkmə müəssiəsində çəkməsi barədə qərar qəbul edib.
Bu qərardan narazı qalan Umu Quliyeva kasasiya şikayətilə Ali Məhkəməyə müraciət edib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə Umu Quliyevanın şikayəti təmin olunmayıb.

Şərhlər

XƏBƏR LENTİ