SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanlı zəvvarlar sabahdan Bakıya qayıdır

Azərbaycanlı zəvvarlar sabahdan Bakıya qayıdır

Tarix:

11-09-2017, 14:54

/ 53 890 dəfə oxundu.
Azərbaycanlı zəvvarlar sabahdan Bakıya qayıdır

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların ilk qafiləsi sabah Vətənə qayıdacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Məlumatda qeyd olunub ki, hazırda zəvvarların əksəriyyəti Məkkə şəhərindən Mədinəyə gedib.

Sentyabrın 12-də ilk zəvvar qafiləsini gətirəcək təyyarə yola çıxacaq.

Zəvvarları gətirən ilk təyyarə Bakı vaxtı ilə saat 16:30-da paytaxtda olacaq.

Həmin gün hacıları gətirən daha bir təyyarə reysi həyata keçiriləcək.

Digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

Şərhlər

XƏBƏR LENTİ