yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Xocalıdan olan məcburi köçkün övladının müalicəsi üçün Ölkə Başcısından kömək istəyir.

Xocalıdan olan məcburi köçkün övladının müalicəsi üçün Ölkə Başcısından kömək istəyir.
11-09-2017, 14:06 53 120 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti Cənab
İlham Əliyevə
Sürəti Azərbaycan Respublikasının Birinci Vitse
Prezidenti Mehtiban Xanım Əliyevaya
Sürəti Səhiyyə Naziri Cənab Oktay Şirəliyevə
Sürəti Ailə,Kadın və Uşaq Problemləri Üzrə
Dövlət Komitənin Sədri Hicran Hüseyinovaya.

Xocalı rayoundan məcburi köçkün hal-hazırada
Bərdə 588 mənzilli qəsəbədə bina 1 mənzil 31də
məskunlaşmış Türbəndiyeva İlhamə Elman qızı
tərəfindən

Ə r i z ə

Cənab Prezident! Nəzərinizə çatdırım ki,atam II qrup Milli mwnaqişə zəmnində əlil,müharibə veteranıdır.Anam isə II qrup Milli münaqişə zəminində əlildir.Özüm isə iki az yaşlı uşaq anasıyam.Kiçik oğlum İlkinin dörd yaşı var.Anadan döğulandan güclü sümük boşluğu ilə dünyaya gəlib.O, vaxtdan da məskunlaşdığımız Bərdə rayonunda və Bakı şəhərində mütamadi olaraq müalicə olunub və həkimlər bildiriblər ki,üç-dörd yaşında yaxşı olacaq. Bu ilin Avqust ayında yenidən müayinə və müalicə üçün Bakıya gətirdik.Təəssüf ki, bu dəfə həkimlər bildirdilər ki,müalicənin xeyri yoxdur.Bunun yeganə yolu əməliyyatdır.Əməliyyat üçün isə 2000/3000 AZN (iki-üç min) pul lazımdır.Bizim isə buna heç cür imkanımız çatmır. İlkinin ayaqları dizdən içəri əyilir və dizlər bir-birini sürtülür.Uşaq normal yeriyə bilmir və tez-tez yıxılır.Hər yıxıldıqca isə sümüklər kövrək olduğu üçün qolu, qılçı sınır.Hazırda da yıxılıb,qolu gipsə salınıb.
Cənab Prezident ! Qəhərlənərək sizə bu məktubu yazmaqda məqsədim odur ki, siz bir valideyn kimi mənim hisslərimi,arzularımı daha tez başa düşərsiniz.Heç bir ana istəməz ki, iki-üç min manat pula görə qüsurlu və şikəst övlad böyütsün.Atalarımız demişkən Allah yoxsulluğun üzünü qara etsin .Mən də istərdim ki, övladım sağlam olsun.Sizin sayənizdə gündən-günə inkişaf edən vətənimizə layiqli, cəsur, sağlam bir əsgər böyüdüm.
Cənab Prezident! Övladımın əməliyyat olunmasına köməklik etməyinizi sizdən xahiş edirəm.
Ulu tanrı Sizin və ailənizin yardımcısı olsun. Amin!!!

İlhamə.T.E tel:(050)343-78-80
Xocalıdan olan məcburi köçkün övladının müalicəsi üçün Ölkə Başcısından kömək istəyir.
Xocalıdan olan məcburi köçkün övladının müalicəsi üçün Ölkə Başcısından kömək istəyir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: uchun, Xocalidan, Bashcisindan, mualicesi, olan, isteyir, ovladinin, kochkun, mecburi, komek, Olke
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ