SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil Nazirliyində kompromat: köhnə qvardiya yeniçərilərə qarşı

Təhsil Nazirliyində kompromat: köhnə qvardiya yeniçərilərə qarşı

Tarix:

3-02-2017, 00:05

/ 1 975 dəfə oxundu.
Təhsil Nazirliyində kompromat: köhnə qvardiya yeniçərilərə qarşı

Təhsil Nazirliyində kompromat savaşı güclənir

Əldə etdiyimiz məlumatda iddia olunur ki, nazir müavinləri Ceyhun Bayramovla Firudin Qurbanov arasında nüfuz mübarizəsi gedir.

Köhnə qvardiyanın üzvü olan F.Qurbanov C.Bayramovla çəkişmədə hələ ki, siyasi dayaqlarını itirməyib.

Yeniçərilərdən olan Ceyhun Bayramov Firudin Qurbanovun da Fərzəli Qədirovla İlham Pirməmmədovun taleyini yaşamasını istəyir.

Misir Mərdanovun qvardiyasının üzvləri olmuş Qədirov və Pirməmmədov nazir Mikayıl Cabbarovun dönəmində rütbələri endirildi. Hazırda Firudin Qurbanov qalıb ki, onun da “zərərsizləşdirilməsi” istiqamətində əməliyyat gedir.

Nazir müavinləri Mətin Eynullayevlə Ceyhun Bayramov yola getməsə də, köhnə qvardiyaya qarşı çiyin-çiyinə döyüşür, naziri ətrafını Mərdanovdan qalmalardan “təmizləyir”, nazirlikdəki mövqelərini möhkəmləndirir.

Əldə etdiyimiz məlumatda iddia olunur ki, Tələbə Futbol Federasiyasının da prezidenti olan Firudin Qurbanovun “vurulması” prosesi gedir.

Xəbərdə o da deyilir ki, Mikayıl Cabbarovun iki adamı - Ceyhun Bayramovla Mətin Eynullayevin birincilik mübarizə qızışıb.

Eynullayevin yeni müavin təyin olunması Bayramovla çəkişməsini dərinləşdirib. Təhsil Nazirliyi Aparatının rəhbəri olmuş M.Eynullayevin karyera yüksəlişi C.Bayramovun ürəyincə olmayıb.

Məlumatlı mənbənin bilgilərinə görə, nazir müavinlərinin qarşıdurmasının əsas hədəfi kimin birinciliyi ələ keçirəcəyidir. Eyni zamanda nazirlikdə əsas söz sahibi olmaq uğrunda mübarizə aparılır.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində hüquqşünas kimi çalışmış Mətin Eynullayevin təhsilin idarə olunması ilə əlaqədar heç bir təcrübəsi yoxdur.

Təhsil naziri Mikayıl Cabbarovun köməkçisi Anar Mahmudovun Mətin Eynullayevin qaynı olduğunu bildirən mənbə iddia edir ki, nazir İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində onunla birlikdə çalışanların bir qismini Təhsil Nazirliyində yüksək vəzifə ilə təmin edib.

Şərhlər

XƏBƏR LENTİ