yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

13 direktor işdən çıxarılıb

13 direktor işdən çıxarılıb
11-09-2017, 12:03 39 937 dəfə baxılıb

Hazırda Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilir.

Konfransda Təhsil Naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər. Hesabat məruzəsi ilə çıxış edən Məhəbbət Vəliyeva əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparıb.

Bildirib ki, hazırda Təhsil idarəsinin tabeliyində 217 məktəb fəaliyyət göstərir.

Uşaqların birinci sinfə qəbulunda müsahibə sisteminin ləğv olunması da builki yeniliklərdəndir və valideynlər uşaqların sağlamlığı haqqında arayış verməklə qəbul prosesini həyata keçirir.

9-u sinif şagirdlərinin buraxılış imtahanlarında yeniliklər olub və nəticələrdə artım müşahidə olunub.

Yay müddətində Təhsil İdarəsinin tabeliyindəki 8-11-ci sinif şagirdlərinin bilik və bacarıqları haqqında məlumatlar toplanıb və yeni tədris ilində bu informasiyalardan istifadə olunacaq.

Şagirdlərin oxu qabiliyyətlərinin artırılması üçün yoxlamalar aparılıb və nəticələr bu yaxınlarda açıqlanacaq.

Təmayülləşmənin təşkili hesabat ilində əsas prioritetlərdən biri olub. ötən tədris ilində 58 məktəbdə təmayülləşmə təşkil edilib. Yeni tədris ilində isə ümumilikdə 212 məktəbdə təmayülləşmə proqramının tətbiq olması gözlənilir.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsininin müdiri Məhəbbət Vəliyeva bildirib ki, ötən tədris ilində 1 BŞTİ əməkdaşı, 35 təhsil müəssisəsi rəhbəri və 13 direktor işdən azad olunub:

"3 direktora, 78 müəllimə xəbərdarlıq edilib və 31 direktor, 78 müəllim inzibati məsuliyyətə cəlb olunub".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: direktor, ishden, 13, chixarilib
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ