SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Nar” İsmayıllı mağazasını təqdim etdi - FOTOLAR

“Nar” İsmayıllı mağazasını təqdim etdi - FOTOLAR

Tarix:

7-09-2017, 15:59

/ 109 331 dəfə oxundu.
“Nar” İsmayıllı mağazasını təqdim etdi - FOTOLAR

İsmayıllı şəhəri Heydər Əliyev prospektində yerləşən “Nar” mağazası rayon mərkəzi və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır. Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan mobil operator mağazada təqdim etdiyi müxtəlif təkliflərlə “Nar” istifadəçilərinə yüksək keyfiyyətli xidmət göstərir.

Qeyd edək ki, hazırda ölkədə 4 “Nar” satış-xidmət mərkəzi və 25 “Nar dünyası” mağazası, eləcə də çoxlu sayda “Nar” diler dükanları fəaliyyət göstərir.

Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən öyrənmək olar: https://www.nar.az/pages/default/pageName=about_us_nar_points/

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.
“Nar” İsmayıllı mağazasını təqdim etdi - FOTOLAR
“Nar” İsmayıllı mağazasını təqdim etdi - FOTOLAR
“Nar” İsmayıllı mağazasını təqdim etdi - FOTOLAR
“Nar” İsmayıllı mağazasını təqdim etdi - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ