SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 100 metr məsafəyə 15 saniyəyə qaça bilənlər... - DİN sizi axtarır

100 metr məsafəyə 15 saniyəyə qaça bilənlər... - DİN sizi axtarır

Tarix:

2-02-2017, 20:28

/ 1 998 dəfə oxundu.
100 metr məsafəyə 15 saniyəyə qaça bilənlər... - DİN sizi axtarır

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2017/2018-ci tədris ili üçün tələbə qəbulu qaydalarını açıqlayıb. xalqxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.

Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma 6 dəfə; qaçış 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə; qolların üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi 18 dəfə, gövdənin döşəmədən qaldırılıb-endirilməsi 18 dəfə).

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına göndərilir.

İmtahanlar IV ixtisas qrupunun fənləri üzrə test üsulu ilə azərbaycan və rus dillərində keçirilir.

Şərhlər

XƏBƏR LENTİ