SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Moskvada qətlə yerilmiş iş adamının ailə üzvləri Azərbaycan Baş Prokurorluğuna müraciət edib

Moskvada qətlə yerilmiş iş adamının ailə üzvləri Azərbaycan Baş Prokurorluğuna müraciət edib

Tarix:

7-09-2017, 13:24

/ 110 608 dəfə oxundu.
Moskvada qətlə yerilmiş iş adamının ailə üzvləri Azərbaycan Baş Prokurorluğuna müraciət edib

Rusiyada qətlə yerilmiş Ceyhun Əlizadənin ailə üzvləri kriminal dəstəyə daxil olan şəxslərin məsuliyyətə cəlb olunması üçün Azərbaycanın Baş Prokurorluğuna müraciət edib.
Bu barədə qətlə yetirilmiş şəxsin ailə üzvləri məlumat verib.
Onlar iddia edir ki, C.Əlizadə Rusiyada Azərbaycan vətəndaşları tərəfindən qətlə yetirilib: "2016-ci ilin mart ayında mərhum Ceyhun, Cahid və Vüqar Abışov qardaşları ilə Çindən Türkiyəyə avtomobil ehtiyyat hissələrinin topdan satışını təşkil etmək üçün raziliqa gəlib. Həmin vaxt Vüqar Abışov həbsxanada çəza çəkirdi. Ceyhun və Cahid birlikdə işləmək üçün ikisi 120 min ABŞ dollarını biznesə qoyaraq işə başlayıblar. Bir müddət işdən mənfəət də əldə ediblər. Vüqar həbsxanada olarkən, Ceyhunla Cahid Penitensiar Xidmətinin Müalicə Müəssisəsində görüşüblər. Həmin zaman Vüqar Ceyhuna biznesdən kənarlaşmasını bildirib. O, "biz bu barədə qərar vermişik, 40-50 min ABŞ dollarını da götür, çəkil".
C.Əlizadənin bu təklifi qəbul etmədiyini görən V.Abışov kriminal şəxslərin adlarını çəkərək, onu "qanuni oğrular"ın "işə qarışacaqları" ilə hədələyib.
Müraciətdə qeyd edilib ki, C.Əlizadə Müalicə Müəssisəsindən çıxandan sonra bir müddət təziqlərlə üzləşib: "Buna görə Ceyhun çox pis həyəcan keçirirdi. Ceyhun bu təziqlərlə bağlı yenidən Penitensiar Xidmətinin Müalicə Müəssisəsində Vüqarla görüşüb. Əvvəllər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə məhkum olunmuş Vüqar cəzasini cəkdikdən sonra azadlığa çıxıb, sonra yenidən Ceyhuna hədə-qorxu gəlib. Daha sonra Vüqar Moskvaya gedib və Ceyhunu ora dəvət edib. Vüqar Moskvada olduğu zaman "Batya” ləqəbli Bahəddin adlı kriminal şəxs Ceyhuna zəng edib, onu Sumqayıt şəhərində yerləşən “Nargilə” kafesinə dəvət edib. Ceyhunla görüşdə Bahəddinlə birlikdə karate üzrə dünya çempionu və Bahəddinin sürücüsü Emin adlı şəxs və tanımadığı başqa şəxslər də olub. Bahəddin “skype” vasitəsi ilə Moskvada olan Vüqara zəng edib. Həmin zaman Ceyhuna biznesdən çəkilməyi və qazandığı 50 min ABŞ dollarını da könülü təqdim etməsi təklif olunub. Ceyhun biznesdən kənarlaşmağı qəbul etsə də, 50 min ABŞ dollarını onlara verməkdən imtina edib".
Ailə üzvləri iddia edir ki, həmin hadisədən sonra C.Əlizadənin vurulmasını V.Abışov göstəriş verib: "Daha sonra Ceyhunu döyüblər və bunu kamera vasitəsilə çəkiblər. Ceyhuna yenidən Moskvadan zəng gəlib, o, ora dəvət olunub. Vüqar bildirib ki, "mən ora gələ bilmirəm, gəlməsən çəkildiyin videogörüntünü yayıb, səni biabır edəcəyik". Ceyhun da məcbur olub, Vüqarın təklifini qəbul edib və Moskvaya gedib. Orda Vüqarla görüşüb. Vüqar və onun yanında olan kriminal şəxslər “Solnçev“ adlanan yerdə Ceyhunla görüşüblər. Orada Ceyhundan bu dəfə 140 min ABŞ dollar tələb ediblər. Həmin görüşdə Ceyhun bu şəxslərlə mübahisə edib və öz etirazını bildirib. O, həmin şəxslərin gördüyü işlərin hamısının qanunsuz olduğunu qeyd edib. Ceyhun bilidirib ki, "Bakıya gedən kimi bu barədə dövlət qurumlarına məlumat verəcəm". Vüqar sonuncu dəfə ona xəbərdarlıq edib və deyib ki, "mənim arxamda dağ kimi qardaşım Hacı Gülağa var. Mənə heç kim heç nə edə bilməz". Bundan sonra Ceyhun əsəbləşib deyib ki, "Hacı Gülağa kimdir?" Ceyhun onun ünvanına söyüş işlədib. O, "Hacı olmur, kim olur olsun, mənim dövlətim var, gedib orda araşdırarıq" deyib. Vüqar ona deyib ki, "qardaşımı soydüyünə görə səni yaşatmayacam". Daha sonra həmin yerdən ayrılıblar".
Onların sözlərinə görə, C.Əlizadənin Gəncə şəhərindən olan "Eliş" kimi tanınan şəxslə münasibətləri olub: "Onun "Solncev" deyilən yerdə restoran işlətdiyi bildirir. O, həyat yoldaşımı ora dəvət edib. Sentyabrın 1-dən 2-nə keçən günü restoranda olarkən Ceyhuna zəng gəlib. O, restorandan danışa-danışa çıxıb və bir neçə dəqiqədən sonra restorana daxil olub və deyib ki, "məni vurdular". Ceyhun Moskvada Vüqarın tapşırığı ilə qətlə yetirilib. Hazırda Ceyhunun cənazəsinin Bakıya gətirilməsi məsələsi ilə bağlı işlər aparılır".
Müraciətdə adı keçən şəxslərin Azərbaycan Respublikasının qanunları ilə cəzalandırılmaları xahiş edilib.

"Report"

Şərhlər

XƏBƏR LENTİ