SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Semaşko”dakı dəyişiklik narazılıq yaratdı - Gərginlik

“Semaşko”dakı dəyişiklik narazılıq yaratdı - Gərginlik

Tarix:

30-08-2017, 11:05

/ 140 871 dəfə oxundu.
“Semaşko”dakı dəyişiklik narazılıq yaratdı - Gərginlik

Bu gün redaksiyamıza “Semaşko“ xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı ilginc məlumatlar daxil olub.
Həmin məlumatlarda sözügedən xəstəxanada özbaşınalıq və qanunsuzluqların pik həddə çatdığı qeyd olunur.
Belə ki, bu ilin fevralın 6-da 1 saylı Kliniki Tibbi Mərkəzin infeksion (yoluxucu) xəstəliklər şöbələrinin birləşdirilməsi haqqında Bakı Şəhər Baş Səhiyyə İdarəsi əmr imzalayıb. Məlumatda vurğulanır ki, bu birləşmə “Semaşko”nun baş həkimi Ədalət Dadaşovun təklifi əsasında həyata keçirilib. Baş həkimin bununla bağlı Səhiyyə Nazirliyinə etdiyi müraciətdə qeyd olunub ki, infeksion xəstəliklər şöbələri tibbi personal yerlərində qalmaq şərti ilə bir şöbə ətrafında birləşdirilsin.
Nəzərinizə çatdıraq ki, 1 saylı Kliniki Tibbi Mərkəz 1970-ci ilin əvvələrində Ümummilli Lider Heydər Əliyevin xüsusi göstərişi və təşəbbüsü ilə inşa edilib. Həmin vaxtdan Nazirlər Kabinetinin də göstərişi var ki, infeksion xəstəliklər şöbələrinin birləşdirilməsi heç bir sanitariya-epidemioloji qaydalara uyğun deyil. Çünki hava-damcı, mədə-bağırsaq və xüsusi təhlükəli infeksiyalar şöbələri müxtəlif profilli şöbələrdir. Adları çəkilən şöbələr birləşdirilərək bir şöbə yaradılır və bir şöbə müdiri saxlanılır. Üstəlik, infeksion xəstəliklər şöbələrinin birləşdirilməsini Səhiyyə Nazirliyi təklif etməyib.
Məlumatda bildirilir ki, Ədalət Dadaşov 1 saylı Kliniki Tibbi Mərkəzə ötən ilin mayında baş həkim əvəzi təyin olunub. Sentyabrda isə baş həkim vəzifəsinə təsdiq edilib. Bundan sonra Ədalət Dadaşov adıçəkilən şöbələrin birləşdirilməsi planını həyata keçirməyə başlayıb. Səbəb kimi hava-damcı, mədə-bağırsaq və xüsusi təhlükəli infeksiyalar şöbələrində xəstələrin azlıq təşkil etməsi göstərilib.
Məlumata görə, il ərzində hava-damcı şöbəsində 400-500, mədə-bağırsaq şöbəsində 1200-1300, xüsusi təhlükəli infeksiyalar şöbəsində isə 400-450 nəfər xəstə müalicə olunur. Sual olunur: Belə olan halda bu şöbələrin birləşdirilməsi nə qədər düzgündür? Səhiyyə Nazirliyinə adları çəkilən şöbələrdə xəstələrin azlıq təşkil etməsi barədə verilən informasiya həqiqəti əks etdirmir. Bəzi mütəxəssislər də adıçəkilən şöbələrin birləşdirilməsinin sanitariya-epidemioloji qaydalara və normativlərə zidd olduğu fikrindədirlər.

Gununsesi.info

Şərhlər

XƏBƏR LENTİ