SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda Qurbanlıq heyvanların satılacağı ünvanlar

Bakıda Qurbanlıq heyvanların satılacağı ünvanlar

Tarix:

29-08-2017, 15:14

/ 55 349 dəfə oxundu.
Bakıda Qurbanlıq heyvanların satılacağı ünvanlar

Sentyabr ayının 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Qurbanlıq heyvanların satışı Nərimanov rayonu (Əliyar Əliyev küçəsi 26 Keşlə bazarınınyanı), Xətai rayonu ("Nargilə" kafesinin yanı), Səbail rayonu (Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8) və Yasamal rayonunda (Şərifzadə küçəsi 196 "İdeal" şadlıq sarayının həyəti) təşkil olunacaq.

Şərhlər

XƏBƏR LENTİ