SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Müharibə əlilləri üsyan edir: Şağandakı pansionat “müharibədən çıxıb”

Müharibə əlilləri üsyan edir: Şağandakı pansionat “müharibədən çıxıb”

Tarix:

16-01-2017, 23:47

/ 3 355 dəfə oxundu.
Müharibə əlilləri üsyan edir: Şağandakı pansionat “müharibədən çıxıb”

Bakının Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatı acınacaqlı vəziyyətdədir

Bu barədə orada müalicə olunan şəxslər şikayətində qeyd edib.

Həmin pansionatda müalicə olunan Firuz İbrahimov pansionatda 12 gün qalmalı olsa da, şəraitsizlik üzündən xəstələnib və cəmi 2 gündən sonra evlərinə getməyə məcbur olub.

Pansionatın divarları sökülüb dağılır, istilik sistemləri işləmir, orada müalicə olunmalı olan əlillər otaqlarını qızdırmaq üçün evlərindən “pletka” gətirirlər.

Qanunvericiliyə görə, bu müəssisənin məqsədi əlillərə bərpa müalicəsi xidməti göstərilməsi yolu ilə onların fiziki vəziyyətinin bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Halbuki, orada əlilləri daha da ağır duruma salıb, həyatlarına nifrət etməyə kökləyirlər. Təsəvvür edin ki, burada verilən yeməyi itə versələr bəlkə də heyvan da o yeməyi yeməz.

Müraciətdə deyilir ki, pansionatda içməli su problemi də var. Pansionatda müalicə olunan əlillər içməli su üzünə həsrət qalıblar.

Orada müalicə olunanlar tərkibi bilinməyən, nə vaxt gətirildiyi haqda məlumat olmayan sudan içməyə məcbur olurlar. Pansionatda liftlərin işləmədiyi üçün əlil arabası ilə hərəkət edən əlillər bundan əziyyət çəkirlər.

Şikayətçilər deyirlər ki, pansionat 240 çarpayılıq müəssisədir. Qanunvericiliyə görə, bu müəssisənin məqsədi əlillərə bərpa müalicəsi xidməti göstərilməsi yolu ilə onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Qanunla pansionat bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə etməlidir.

Öz fəaliyyətinin nəticələrinin ümumiləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlayıb və təcrübədə tətbiq etməlidir. Bu müəssisə qanunla fəaliyyət göstərirmi? Əlillərdən öncə bu müəssisənin problemini həll etmək lazımdır.

Şərhlər

XƏBƏR LENTİ