SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Silah anbarında partlayışla bağlı cinayət işi başlandı

Silah anbarında partlayışla bağlı cinayət işi başlandı

Tarix:

27-08-2017, 20:38

/ 53 685 dəfə oxundu.
Silah anbarında partlayışla bağlı cinayət işi başlandı

Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.

Bu, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin silah anbarında baş verən partlayışla əlaqədar yaydıqları birgə məlumatda əksini tapıb.

İstintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.

Şərhlər

XƏBƏR LENTİ