SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Müəllimlərin işə qəbulu prosesində 11 saxta diplom aşkarlanıb

Müəllimlərin işə qəbulu prosesində 11 saxta diplom aşkarlanıb

Tarix:

25-08-2017, 13:29

/ 109 830 dəfə oxundu.
Müəllimlərin işə qəbulu prosesində 11 saxta diplom aşkarlanıb

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində saxta diplomlar aşkarlanıb.

Nazirliyin saytına istinadən xəbər veririk ki, müsahibə mərhələsinin başladığı bu müddət ərzində artıq 11 saxta diplom aşkarlanıb.

Avqustun 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 5225 nəfərin buraxıldığı həmin mərhələdə bu günədək artıq 3000-dən çox namizəd müsahibədən keçib.

Müsahibə mərhələsi avqustun 26-da başa çatacaq.

Şərhlər

XƏBƏR LENTİ