SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bayramla bağlı fətva verildi

Bayramla bağlı fətva verildi

Tarix:

25-08-2017, 13:03

/ 109 657 dəfə oxundu.
Bayramla bağlı fətva verildi

Qurban bayramı münasibətilə QMİ Qazılar Şurası Fətva verib.

QMİ-dən daxil olan məlumata görə, fətvada ölkəmizdə Qurban bayramının sentyabr ayının 1-nə təsadüf etdiyi bildirilib:

“Bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. Azərbaycan üfüqünə uyğun olaraq həmin gün miladi təqvimlə sentyabrın 1-nə təsadüf edəcək. Bu münasibətlə ölkədə iki günü –sentyabrın 1-ni və 2-sini qeyri-iş günü elan edib.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır. Qurban kəsən şəxsin həmin ətdən özünə pay götürməsinin heç bir eybi yoxdur. Tövsiyə edirik ki, bu müqəddəs ayin təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra olunsun.

Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edirik”.

Şərhlər

XƏBƏR LENTİ