yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İki gündür internetə girə bilmirlər... - Məşhur şirkətdə nə baş verir?

İki gündür internetə girə bilmirlər... - Məşhur şirkətdə nə baş verir?
24-08-2017, 13:18 109 249 dəfə baxılıb
yüklənir...

Ölkənin simsiz internet xidməti göstərən ən böyük operatoru olan “Sazz”da böyük problem yaşanır. Bu barədə abunəçilər məlumat verib.

Onlar qeyd edir ki, iki gündür ki, şəbəkənin internetindən istifadə etmək mümkün deyil. Problemlə bağlı şirkətin ofislərinə müraciət edən abunəçilərə isə bildirilib ki, cərəyana qoşulu vəziyyətdə olan bütün abunəçilərin modemləri yanıb:

“Bunun hansı səbəbdən baş verdiyini isə müəyyənləşdirə bilmirlər. Deyirlər ki, hacker hücumu nəticəsində bu baş verə bilər. Yeni modemlər abunəçilər tərəfindən alınmalıdır. Məsələnin nə vaxt həll olunacağı barədə məlumat vermirlər. Hamının yeni modem almağa imkanı yoxdur. Şirkət tərəfindən bu problem yaranıbsa, onlar da məsələni həll etməlidirlər”.

Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. Operator problemin olduğunu təsdiqləyib və bildirib ki, abunəçilərin müəyyən hissəsinin internetində problemlər var:

“Bununla texniki mütəxəssislərimiz tərəfindən müvafiq işlər görülür. Abunəçilərimizə də yaranan narahatlıqla bağlı öz sosial səhifəmizdən və saytımızdan məlumat verəcəyik. Hələ ki, məsələnin nə vaxt həll olunub bitəcəyi barədə məlumatlı deyilik”.

“Qafqazinfo”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , ki, verir, Meshhur, internete, gire, shirketde, bilmirler, ne, bash, gundur
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ