SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Necə yəni test üsulu ilə biliyi yoxlamaq olmur?" - ETİRAZ

"Necə yəni test üsulu ilə biliyi yoxlamaq olmur?" - ETİRAZ

Tarix:

24-08-2017, 11:05

/ 98 309 dəfə oxundu.
"Necə yəni test üsulu ilə biliyi yoxlamaq olmur?" - ETİRAZ

"Necə yəni test üsulu ilə biliyi yoxlamaq olmur? Bəs nə ilə yoxlamaq olur?". Bu sözləri tanınmış telejurnalist İradə İsak Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin ali məktəbə qəbulda test imtahanının ləğv edəcəyini dedikdən sonra Facebook hesabında yazıb. İ.İsak dünyanın bütün sosioloji, psixoloji, elmi, kütləvi, hətta seçki sorğuları test üsulu ilə keçirildiyini bildirib: "O bizim bəzi sovetbaşların düşüncəsi idi. Gərək tələbənin bilet həyəcanı qarşısında dil-dodağını qurusun? Bilik onda həqiqi olur? Həm kurrikulum üsulunu heç müəllimlər bu gün məktəblərdə tam tətbiq edə bilmir. Bu əsasla hansı imtahan qaydası, "analoqu" olmayan üsuldan istifadə edəcəklər bilinmir. Axı bütün dünya testlə imtahan verir. Bunlar neyləyəcəklər? Bəlkə tələbələrə "yalan detektoru" tipli yeni icad qoşacaqlar? Fantaziyanızı zorlayın görək ağlınıza nə gəlir? Bu yeni, qeyri-adi üsul hansı ola bilər?".

Şərhlər

XƏBƏR LENTİ