SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » UNİCEF 2 yaşlı Zəhranın vəhşicəsinə öldürülməsinə münasibət bildirdi

UNİCEF 2 yaşlı Zəhranın vəhşicəsinə öldürülməsinə münasibət bildirdi

Tarix:

23-08-2017, 18:39

/ 77 621 dəfə oxundu.
UNİCEF 2 yaşlı Zəhranın vəhşicəsinə öldürülməsinə münasibət bildirdi

Heç bir icmada, heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir.

Ombudsman Aparatından verilən məlumata görə, bu BMT-nin Uşaq Fondunun icraçı direktorunun Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin iyulun 4-də 2 yaşlı Zəhra Quliyevanın Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində həlak olmasına dair bəyanatına cavab olaraq göndərdiyi təşəkkür məktubunda deyilir.

Məktubda göstərilib ki, BMT-nin Baş katibinin mart ayında qeyd etdiyi kimi, BMT bütün tərəfləri atəşkəs sazişini sarsıda biləcək istənilən hərəkətlərdən çəkinməyə, onları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün qətiyyət nümayiş etdirməyə səsləyən çağırışı dəstəkləyir və UNİCEF bu cür həlli yolunun əldə edilməsi üçün səylərin davam etdiyi bir vaxtda münaqişənin təsirinə məruz qalan bütün uşaqların hər cür müdafiə ilə təmin edildiklərinə ümid edir.

UNİCEF-in ölkəmizdəki nümayəndəliyi tərəfindən uşaq və gənclərə həyata ən yaxşı və ən təhlükəsiz təşəbbüslər istiqamətində köməyin göstərilməsində öz rolunu yerinə yetirməkdə bundan sonra da davam ediləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, 4 iyulda Ermənistan silahlı qüvvələri tərəfindən Füzulinin Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən 80 və 102 millimetrlik minaatanlardan, dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Nəticədə 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanıb və mülki obyektlər dağıdılıb.

Şərhlər

XƏBƏR LENTİ