SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda bu əraziyə 12 gündür su verilmir

Bakıda bu əraziyə 12 gündür su verilmir

Tarix:

22-08-2017, 12:36

/ 82 589 dəfə oxundu.
Bakıda bu əraziyə 12 gündür su verilmir

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, II mədən, 90-cı korpus, mənzil 20-də yaşayan sakin Umarova Şəfəq Fərman qızı deyir ki, evləri 12 gündür su ilə təmin olunmur.

Bu haqda müraciət edən sakin dəfələrlə qaynar xəttə, su idarəsinə yazılı və şifahi müraciət edib. Əraziyə bir həftə sonra su göndərilib. Lakin qonşular arasında ayrı-seçkilik edilib və ona su verilməyib.

"Avqust ayı ərzində cəmi 2 ton su verilib. Normalda həftədə 2 dəfə ev su ilə təmin olunurdu. 12 gündür su verilmir. Dəfələrlə qaynar xəttə zəng edib bildirmişik. İdarədən 9 gün sonra su göndərdilər. Onda da sürücü bir-iki "seçilən" qonşuya su verib getdi".

Qeyd edək ki, həmin ərazidə su xətti yoxdur. Sakinlərin suyu "Azərsu"nun göndərdiyi su maşınları ilə təmin olunur.

Şərhlər

XƏBƏR LENTİ