SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ali məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

Ali məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

Tarix:

22-08-2017, 11:33

/ 82 231 dəfə oxundu.
Ali məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.

Abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər).

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Şərhlər

XƏBƏR LENTİ