SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sürücüyə silah çəkən şəxs polis zabitinin oğlu çıxdı - HƏBS OLUNDU

Sürücüyə silah çəkən şəxs polis zabitinin oğlu çıxdı - HƏBS OLUNDU

Tarix:

22-08-2017, 10:10

/ 64 285 dəfə oxundu.
Sürücüyə silah çəkən şəxs polis zabitinin oğlu çıxdı - HƏBS OLUNDU

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs tutulub.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib.

Saxlanılarkən ondan hadisədə istifadə etdiyi qaz tapançası da götürülüb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, O. Orucovun atası sabiq polis zabitidir.

Qeyd edək ki, avqustun 18-də saat 20 radələrində A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minən naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlib. Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ