SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sürücüyə tapança çıxaran şəxs müəyyən edildi

Sürücüyə tapança çıxaran şəxs müəyyən edildi

Tarix:

19-08-2017, 11:18

/ 139 444 dəfə oxundu.
Sürücüyə tapança çıxaran şəxs müəyyən edildi

Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, dünən saat 20.25 radələrində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə naməlum sərnişinin avtobusda odlu silaha oxşar əşya ilə avtobusun sürücüsünü hədələməsi barədə məlumat daxil olub.

Dərhal Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu xuliqanlıq hərəkətini törədən şəxsin şəxsiyyəti tam müəyyənləşib. Hazırda onun saxlanılması üçün tədbirlər görülür.

Şərhlər

XƏBƏR LENTİ