yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Diqqət! 500 manatdan 8000 manatadək cərimələnə bilərsiniz

Diqqət! 500 manatdan 8000 manatadək cərimələnə bilərsiniz
18-08-2017, 16:50 140 292 dəfə baxılıb
yüklənir...

Tullantıların şəhər ərazisində qalaqlanması, yandırılması qanun pozuntusu hesab edilir və buna yol verən icra, bələdiyyə nümayəndələri də cəzalandırılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veriblər.

Nazirlik əməkdaşı bildirib ki, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi “İstehsalat və Məişət Tullantıları” haqqında qanunun tələblərinə, bu sahədə ölkə başçısının müvafiq sərəncamları və Nazirlər Kabinetinin təsdiq olunmuş qaydalarına uyğun həyata keçirilir.

Bakı şəhərində tullantıların yığılması, daşınması işinə Bakı şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri, onların aidiyyəti strukturları (Mənzil Kommunal Təsərrüfat İstehsalat Birlikləri), zərərəsizləşdirilməsinə isə Təmiz Şəhər ASC baxır.

Tullantıların şəhər ərazisində qalaqlanması, yandırılması qanun pozuntusudur. Belə halların yol verilməsi ilə bağlı inzibati xəta törətdiklərinə görə İnzibati Xətalara Məcəlləsinin 271-ci maddəsinə əsasən fiziki, vəzifəli və hüquqi şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Həmin maddəyə görə fiziki şəxslər 500-800, vəzifəli şəxslər 2000-3000, hüquqi şəxslər isə 6500-8000 manat məbləğədək cərimə edilirlər.

Nazirlikdən bildiriblər ki, tullantıların qalaqlanması faktları baş verdikdə ilk növbədə bu sahədə cavabdeh olan rayon icra hakimiyyətinə və mənzil kommunal təsərrüfat istehsalat birliklərinə müraciət edilməlidir.

ETSN bu sahədə dövlət nəzarətini həyata keçirən orqan kimi nəzarət tədbirləri həyata keçirir, bu sahədə aşkar olunan qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun qaydada tədbir görür və aşkar olunmuş faktların aradan qaldırılması üçün aidiyyəti qurumlar qarşısında tələblər qoyur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: 8000, manatadek, Diqqet, manatdan, cerimelene, bilersiniz, 500
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ