SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasından - ŞİKAYƏT

Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasından - ŞİKAYƏT

Tarix:

18-08-2017, 16:46

/ 146 992 dəfə oxundu.
Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasından - ŞİKAYƏT

Çağırışa ayrıca çantayla gedirlər. Xəstəyə təklif edirlər ki, ‘sənə bu çantadakı iynədən vurum, ancaq pulludur’". Gəncə şəhəri, Poçt qəsəbəsində yaşayan Kamil Qasımov təcili yardım həkimlərindən şikayət edib. Özü də Gəncə şəhəri, Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının Poçt qəsəbəsindəki filialının həkimlərindən. Onun sözlərinə görə, iyulun 16-da axşam saatlarında atası Nadir Qasımovun səhhəti qəfil pisləşdiyindən təcili yardıma xəbər edib.
Yaşadıqları ünvana gələn həkimlər xəstəni müayinə etdikdən sonra təzyiqinin yüksək olduğunu deyiblər. Sonra isə özləri ilə tibbi çantada ayrıca gətirdikləri iynələrdən vurmağı təklif ediblər: "Dedilər ki, özləri ilə gətirdikləri qara çantadakı dərmanların, iynələrin vurulması pulludur. Mən bildirdim ki, ‘təcili yardım xidməti pulsuzdur, pullu xidmət haradan çıxdı?’ Dedilər, ‘bizə nə deyiblər, onu da edirik’. Soruşdum ki, ‘bəs tibb çantanızda iynə, dərman yoxdur?’ Bildirdilər ki, ‘yox, yalnız ayrıca çantada gətirdiklərimizdir, o da pulludur. İstəyirsizsə, vuraq, istəmirsizsə, yenə də qərar özünüzündür’. Təbii ki, xəstə əldən gedirdi, razılaşmamaq mümkün deyildi. Təzyiqə görə iynə vurdular və mən çıxarıb bunlara 3 manat uzatdım. O anda həkimlərin çıxartdıqları oyunu görəydiniz..."
Kamil Qasımovun deməsinə görə, ortalığa mübahisə düşüb, həkim briqadası 3 manata qane olmayıblar. O da tənbəllik etməyib, aptekə gedib, dərmanın qiyməti ilə maraqlanıb: "Məlum oldu ki, həkimin atama vurduğu ‘Metoklopramid nelson’ dərman preparatının bir ampulasının qiyməti 40 qəpikdir. İki iynə vurmuşdular - bu da eləsin 80 qəpik... Qayıtdım evə, dərmanın qiymətini bunlara deyəndə yenə mübahisə etməyə başladılar ki, ‘istəmirdinsə, vurmazdıq’".
Beləcə, həkim briqadası çıxıb gedib. Əvəzində xəstənin vəziyyəti daha da ağırlaşıb və ailə üzvləri onu xəstəxanaya yerləşdirib: "O qədər mübahisə etdilər ki, xəstə atam daha da əsəbiləşdi və halı pisləşdi. Səhərədək birtəhər saxlayıb səhər xəstəxanaya yerləşdirdik, hazırda sistemlər, müalicələr qəbul edir".

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ