yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Xutor” hər an alışa bilər – qəsəbə sakinləri səksəkədə

“Xutor” hər an alışa bilər – qəsəbə sakinləri səksəkədə
18-08-2017, 13:02 118 843 dəfə baxılıb
yüklənir...

Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində, yolun kənarında yerləşən geniş sahə zibil maşınlarının son dayanacağına çevrilib. “Xutor” kimi tanınan ərazidə bu yerdə əvvəllər hündür hasar olsa da, sonradan onu da dağıdıblar. Sakinlərin virtualaz.org-a bildirdiyinə görə, xüsusən gecə saatlarında naməlum şəxslər xəlvətcə bura iri maşınlarla zibil boşaldılır.
Yaxınlıqda yaşayan Hüsniyyə Əlişova deyir ki, zibilin qoxusundan, ağcaqanadların əlindən mənzillərində rahat yaşaya bilmirlər.
“Bakının ortasında bu cür yeri boş qoyublar. Heç olmasa park salsınlar, yaşıllıq olsun, camaat da gəlib dincəlsin. Gələn zibil atır, üfunətdən evimizdə rahat otura bilmirik. Pəncərəni açmırsan olmur, açırsan da bu qoxu dolur evə”, - deyə şikayətçi bildirir.
Sakinlər deyirlər ki, burada sovet dövründə qarajlar olub. Lakin sonradan çoxmərtəbəli binalar tikilib, yaşayış kompleksi salınıb. Çox keçmədən həmin binaları da söküb yerini boş saxlayıblar.
Yaxınlıqda yaşayan Baba İsrafilov deyir ki, burada ən böyük problem mütəmadi olaraq zibillərin yanması ilə bağlı yaranır: “Dəfələrlə burada yanğın olub, zibillər yanıb, yanğınsöndürənlər gəlib söndürüblər. Kimin əlinə nə keçir, gətirib atır bura. Əsasən də, gecələr xəlvət gətirib atırlar. Camaat boğaza yığılıb, neçə dəfə icra hakimiyyətinə şikayət eləmişik ki, bunun qarşısını alın, xeyri yoxdur. İnanın ki, səksəkədə yaşayırıq, zibillər hər an alışa bilər”, - deyə B.İsrafilov bildirib.
Sakinlər deyirlər ki, əraziyə baxan olmadığından, hasarın bir hissəsi uçub. Əvvəlcə daş hasar çəkiləcəyini desələr də, sonradan qalanını da dağıdıblar: “Dedilər hasar çəkəcəyik, çəkən olmadı. Bəlkə hasar olsa, gətirib zibil atmazlar. Belə də ki, zibil atanları cəzalandırmaq lazımdır. Guya bunu tapmaq çətin işdir. Baxın, zibillərin çoxu təkərdir, onu yaxınlıqdakı avtomobil təmir yerindən gətirirlər. Biz istəyirik ki, bu ərazi ilə bağlı tədbir görsünlər: ya yaşıllıq salsınlar, ya da hündür hasar çəksinlər, zibil atan olmasın”, - deyə sakinlər bildirirlər.
“Xutor” hər an alışa bilər – qəsəbə sakinləri səksəkədə
“Xutor” hər an alışa bilər – qəsəbə sakinləri səksəkədə
“Xutor” hər an alışa bilər – qəsəbə sakinləri səksəkədə
“Xutor” hər an alışa bilər – qəsəbə sakinləri səksəkədə


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: biler, alisha, her, Xutor, qesebe, sakinleri, an, seksekede
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ