yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ziya Məmmədovun "şah əsəri" olan "London taksiləri" fırıldağa keçib

Ziya Məmmədovun
18-08-2017, 10:17 114 305 dəfə baxılıb
yüklənir...

Bakı sakini Kəmalə Məmmədova adlı xanım *9000 taksi xidmətinin fırıldağı ilə qarşılaşıb. Açıqlamasında K.Məmmədova bildirib ki, *9000 taksi xidmətinin sürücüsü sayğacı yandırmaq istəməyib və ondan artıq məbləğ tələb edib: "Üç gün əvvəl taksi xidmətlərindən *9000-dən istifadə etdim. Yaxınlaşıb sürücüyə gedəcəyim ərazini bildirdim. Sürücü həmin əraziyə 10 manata aparacağını dedi. Sözügedən taksidə sayğacın olduğunu xatırlatdım və yandırmasını tələb etdim. O isə cavabında bu taksilərin artıq başqa sahibkarın sərəncamına keçdiyini, sayğacla deyil, ərazilərə görə təyin olunmuş məbləğə aparmağı təlimat aldıqlarını söylədi. Yenə razılaşmadım və sayğacı yandırmasını tələb etdim. Sürücü inadkarlıqla sayğacı yandırmaq istəmədi. Növbəti açıqlamasında sayğacın həmin əraziyə 8,80 qəpik yazdığını, amma bununla belə 10 manat verməli olduğumu dedi". K. Məmmədova sonda sayğacın işləməsinə müvəffəq olub. Lakin sürücünün sayğacın yazdığı məbləği də şişirtdiyini öyrənib: "Çətinliklə olsa da, sayğacı yandırmağına nail ola bildim. Sözügedən əraziyə sayğacın hesabladığı məbləğ 6,98 etdi. Göstərilən məbləği ödəyib düşdüm". Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayevlə əlaqə saxladıq. Mayıs Ağayev taksi xidmətlərinin dövlət qurumlarının tabeliyində olmadığını, özəl sahibkarlara keçdiyini təsdiqlədi: "Onlarla bağlı təlimatı sərəncamında olduqları şirkətlər, sahibkarlar verir. Biz sadəcə taksi xidmətlərinə fərqlənmə veririk. Bizim sərəncamımızda olmadıqları üçün məsələyə münasibət bilmirəyəcəm. Sadəcə onu deyə bilərəm ki, istənilən halda etdikləri düzgün deyil". *9000 xidməti ilə də əlaqə yaratdıq. Operator xanım da şirkətlərinin özəl sahibkarın sərəncamında olduğunu təsdiqlədi. Ancaq rəhbərliyin hazırda şirkətdə olmadığını bildirdi: "Məsələ ilə bağlı açıqlama verəcək rəhbər şəxslərdən hazırda heç kim şirkətdə deyil. Sadəcə onu deyə bilərəm ki, *9000 yalnız AT nömrə nişanlı "London taxi"lər üçün nəzərdə tutulub. Çünki onlar iki nömrə nişanına sahibdir. Biri "TH", digəri isə "AT". Biz "AT" olanlara baxırıq. Əgər şikayətçi xanım həmin sürücünün idarə etdiyi maşının nömrəsini desəydi, bir tədbir görə bilərdik. Belə olan halda heç nə edə bilmirik. Onu deyə bilərəm ki, kimsə belə halla qarşılaşarsa, maşının nömrəsini götürsün. Əgər "AT" nömrə nişanlı maşının sürücüsüdürsə, bizə yerindəcə məlumat versin, həmin sürücü barəsində ölçü götürək. "TH" nömrə nişanlı maşınlar üçün əvvəl *1414 xidməti aktiv idi. Lakin daha sonra bu xidmət ləğv olundu".

PrimeTime.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: taksileri, London, eseri, firildaga, Ziya, kechib, shah, olan, Memmedovun
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ