SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Quşçuluq fabrikləri zəhərli yumurta iddiası ilə bağlandı

Quşçuluq fabrikləri zəhərli yumurta iddiası ilə bağlandı

Tarix:

14-08-2017, 12:16

/ 62 520 dəfə oxundu.
Quşçuluq fabrikləri zəhərli yumurta iddiası ilə bağlandı

Avropa Birliyinə daxil olan 15 ölkədə yumurtada fipronil (zəhərli maddə, böcəklərin mərkəzi sinir sistemini pozur) aşkarlanıb.

Artıq dörd ölkədə - Niderland, Bolqarıstan, Almaniya və Fransada bu madədən istifadə edən quşçuluq fabriklərinin fəlaiyyəti dondurulub. Qeyd edək ki, müəssisələrin məhsulları İsveçrə, Böyük Britaniya, İrlandiya, Avstriya, Lüksemburq, Polşa, Rumınya, Slovakiya, Sloveniya, İsveç və Honkonqa satılıb.

Sentyabrın 26-da problemlə bağlı AB ölkələrinin iclası nəzərdə tutulur. Məlumatlara görə, məsələ hətta AB ölkələrinin kənd təsərrüfatı nazirlərinin 5 sentabrda keçiriləcək iclasında da müzakirə edilə bilər.

Qeyd edək ki, avqustun əvvəlində Hollandiyada fermalarda heyvanlara istifadəsi qadağan olunan fipronil adlı böcək dərmanının yumurtalarda olduğu təsbit edilmişdi. Fransa Kənd Təsərrüfatı Nazirliyi zəhərli yumurtaların Fransaya satılmış olma ehtimalı olduğu üçün istintaq tədbirləri görmüşdü. Fipronil qalıqları sənaye üsulları ilə hazırlanan sendviç, salat və müxtəlif qida məhsullarında də aşkarlandığı üçün Almaniya yumurta və mayonez tərkibli 6 sənaye istehsalı olan salatın satışdan yığışdırıldığını açıqlamışdı.

Xatırladaq ki, Azərbaycan yumurtaya olan tələbatının əsas hissəsini yerli istehsal hesabına ödəsə də, bazarda xaricdən gətirilən yumurtalar da az deyil. 2015-ci ildə ölkəyə 51 381,3 min ədəd, 8 609,1 dollar dəyərində yumurta idxal edilib. Əsasən, Türkiyə, Ukrayna, Gürcüstan, Çexiya Respublikası, İran İslam Respublikası, Bolqarıstandan bu məhsulların alışı reallaşdırlıb.

Şərhlər

XƏBƏR LENTİ