SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Milli Məclisdə təhsil haqları ilə bağlı təklif

Milli Məclisdə təhsil haqları ilə bağlı təklif

Tarix:

1-02-2017, 20:21

/ 1 838 dəfə oxundu.
Milli Məclisdə təhsil haqları ilə bağlı təklif

Milli Məclisin deputatı Qənirə Paşayeva yaz sessiyasınıın iş planına 3 məsələnin daxil edilməsini təklif edib.

xalqxeber.az xəbər verir ki, o “Məşğulluq haqqında” qanun layihəsində əllilərin işlə təmin edilməsi üçün kvotanın artırılmasını, Dağlıq Qarabağ edilən qanunsuz səfərlərə xüsusi diqqət yetirməli olduğunu deyib. Deputat bildirib ki, əlillərin çoxu ali təhsillidir, lakin onların işlə təmin edilməsində problemlər var: “Bu barədə Milli Məclisə müraciət edirlər. Əlillərin işlə təmin edilməsi üçün kvotaların artırılması, eləcə qanunvericilikdə nəzərdə tutulan kvotaların yerinə yetirlməsinə baxış keçirmək lazımdır. Təklif edərdim ki, dövlət və özəl qurumlar bu məsələyə diqqətlə yanaşsın”.

O həmçinin, tələbələrin təhsil haqqını ödəməkdə üzləşdiyi problemlərə də toxunub: “İlin yarısına qədər təhsil haqqını ödəməyən tələbə imtahana buraxılmır. Bu gün təhsil müəssisələrində 1500 manatdan aşağı təhsil haqqı yoxdur. Təhsil haqqı ilə bağlı kreditlərin gündəmə gətirilməsini təklif edərdim. Təhsil kreditləri məsələsinə diqqətimizi artırmalıyıq. Təhsil haqqını ödəyə bilmədikləri üçün savadlı gənclər təhsildən kənarda qalmasın. Hesab edirəm ki, təhsil kreditləri müəyyən qədər yüngüllük yarada bilərdi”.

Deputat çıxışının sonunda Aleksandr Lapşinin işğal edilmiş Dağlıq Qarabağa qanunsuz səfər etməsi məsələsinə münasibət bildirib. O qeyd edib ki, məsələyə Azərbaycan XİN səviyyəsində diqqət yetirib: “Lakin qanunvericilik səviyyəsində baxılması müsbət hal olardı, bu beynəlxalq aləmə bir səsləniş olardı”. O təəssüflə bildirib ki, işğal edilmiş ərazilərə qanunsuz səfərlərin sayı azalmır, artır.

Şərhlər

XƏBƏR LENTİ