SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Velosipedçiləri vuran maşının sürücüsü HƏBS OLUNDU

Velosipedçiləri vuran maşının sürücüsü HƏBS OLUNDU

Tarix:

11-08-2017, 10:17

/ 140 716 dəfə oxundu.
Velosipedçiləri vuran maşının sürücüsü HƏBS OLUNDU

Avqustun 8-də saat 22:20 radələrində Bakı dairəvi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən hissəsində 1992-ci il təvəllüdlü Quliyev Nicat Nizam oğlu idarə etdiyi “Kia Cadenza” markalı 10-XZ-040 dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkət edən velosipedçi 1992-ci il təvəllüdlü Abdullayev Akif Azər oğlunu və 1993-cü il təvəllüdlü Rəhimova Fidan Rüstəm qızını vurduqdan sonra Bəylərov Ceyhun Valeh oğlunun idarə etdiyi “BMW” markalı 90-KX-473 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq dayanmış, A.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölmüş, F.Rəhimova müxtəlif bədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilmişdir. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında deyilir.

Fakta görə Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və cinayəti törətməkdə şübhəli bilinən Nicat Quliyev avqustun 9-da tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilmişdir.

N.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ