SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Beynəlxalq Bankdan ŞİKAYƏT VAR - Hesabınızdan pul oğurlana bilər

Beynəlxalq Bankdan ŞİKAYƏT VAR - Hesabınızdan pul oğurlana bilər

Tarix:

11-08-2017, 10:03

/ 140 568 dəfə oxundu.
Beynəlxalq Bankdan ŞİKAYƏT VAR - Hesabınızdan pul oğurlana bilər

Təqaüdçülərdən xəbərsiz onların hesabından başqa hesablara pul köçürmələri olur. Artıq bununla bağlı çoxsaylı şikayətlər var.
Xəzər rayon sakini Nüsrət Qasımov Azad İstehlakçılar Birliyinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Daxili İşlər Nazirliyinə, eləcə də Beynəlxalq Bankın sədrinə məktubla müraciət edərək Beynəlxalq Bank tərəfindən onun hesabından 40 AZN saxlayaraq naməlum mobil operator nömrələrinə köçürdüyündən şikayətlənib.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Nüsrət Qasımovun ərizəsinin qıza məzmununu təqdim edib: “2004-ci ildən bəri əmək təqaüdçüsüyəm. Birmənalı şəkildə maddi ehtiyaclarımı qarşılamaq üçün hər ay balansa köçürülən məbləği yalnız bankomatdan nağd yolla çəkməklə əldə etmişəm. Nə online alış-veriş istifadəçisiyəm ,nə də kommunal xərclərimi,telefon balansımı internet üzərindən ödəyirəm.Pensiya kartım həmişə özümdə olur ,hətta ailə üzvlərim belə müdaxilə etmir. İki mobil nömrə istifadəçəsi olaraq Azərcell və Bakcell operatorlarına məxsus konturları hər zaman mağazaya nağd ödəməklə və ya “Milli ön”lə əldə etmişəm.Ümumiyyətlə, pensiya kartı ilə telefon balansını artırma əməliyyatından anlayışım yoxdur. 08 Avqust 2017 tarixdə pensiyamı alarkən 40 AZN pulun əskik olduğunu gördüm.Əvvəllər Binəqədi rayonunda qeydiyyatda olduğum üçün Binəqədi rayon pensiya fonduna zəng etdim.Mənə dedilər ki, biz lazımi məbləği tam şəkildə 366 AZN olaraq hesaba köçürmüşük,Beynəlxalq Banka müraciət edin .Ayna Sultanovada yerləşən Beynəlxalq Bank şöbəsinə yollandım.Mənə bildirdilər ki, məlumatımız yoxdur. Mənə kartımda olan əməliyyatları əks etdirən çıxarış təqdim etdilər.
Məlum oldu ki ,40 Azn “işbazlar” tərəfindən pensiya kartımdan götürülərək 2 dəfə 10 AZN olmaqla Azercell və 2 dəfə 10 AZN olmaqla Bakcell mobil operatorlarına köçürülüb.Toplam 40 AZN mənə məxsus nömrələrə köçürülməyib ,yəni naməlum nömrələrə köçürülüb. Belə görünür ki, ölkədə istənilən təqaüdçünü xəbəri olmadan soymaq əməliyyatı bankda həyata keçirilir.Bu nömrələri istəsəm də bank mənə təqdim etmədi. Mənə polisə şikayət etməyi məsləhət gördülər. Belə qənaətə gəldim ki, Binəqədi rayon Beynəlxalq Bank filialı bu dələduzlarla əlbirdir. Axı bir bank öz hesabındakı məbləğə qarşı bu qədər məsuliyyətsiz ola bilməz. Bu, o deməkdir ki, maliyyə bazarlarına nəzarət yox dərəcəsindədir. Beynəlxaq Bank mənim pensiya kartımın təhlükəsizliyini təmin etməliydi.Tələb edirəm ki, təcili olaraq oğurlanmış 40 AZN mənim pensiya kartıma köçürülsün”.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ