SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanmışdır-RƏSMİ

Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanmışdır-RƏSMİ

Tarix:

9-08-2017, 10:57

/ 137 738 dəfə oxundu.
Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanmışdır-RƏSMİ

Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yerləşən Ermənistan Silahlı Qüvvələri təcavüzkar əməllərini növbəti dəfə davam etdirərək iriçaplı silahlardan Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozmuşdur.
Belə ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törətmişlər.
Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir.

Həmin faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.

Şərhlər

XƏBƏR LENTİ