SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Polisdən narkotik əməliyyatı - Ağcabədidə

Polisdən narkotik əməliyyatı - Ağcabədidə

Tarix:

8-08-2017, 13:51

/ 56 533 dəfə oxundu.
Polisdən narkotik əməliyyatı - Ağcabədidə

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyindən daxil olan məlumatda deyilir ki, rayon ərazisindəki evlərdən birinin həyətində narkotik tərkibli bitki yetişdirilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Məlumatın yoxlanılması məqsədilə yaradılan əməliyyat qrupu şəhər sakini Novruz Abdullayevin yaşadığı ünvana gəlib. Həmin evdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həyətdə kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu, həmçinin külli miqdarda qurudulmuş halda olan narkotik vasitə aşkar edilib. Götürülmüş narkotik vasitə tərkibinin müəyyən edilməsi üçün ekspertizaya təqdim olunub.

Ekspertiza həmin vasitənin 5 kiloqram 825 qram marixuana olması barədə rəy verib.

Faktla əlaqədar Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, müvafiq araşdırmalar aparılır.

Şərhlər

XƏBƏR LENTİ