SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Quba və Göyçayda pensiya-müavinətlər verilmir, nisyə dəftəri dolur

Quba və Göyçayda pensiya-müavinətlər verilmir, nisyə dəftəri dolur

Tarix:

1-02-2017, 11:29

/ 2 222 dəfə oxundu.
Quba və Göyçayda pensiya-müavinətlər verilmir, nisyə dəftəri dolur

Bölgələr təzədən qaynayır. Yeni ilin ilk ayı qaynar keçdi və fevralda sosial problemlərlə bağlı tələblər daha da artmaqdadır

Əldə etdiyimiz məlumata görə, rayonlarda maaş və pensiyaları, sosial müavinətlərin ödənilməsində əngəllər var.

Məsələn, Göyçay rayonu Məlikkənd sakini, Qarabağ müharibəsi veteranı Abdullayev Məcid Məhəmməd oğlu dövlət tərəfindən ona ayrılmış aylıq 50 manat müavinəti ala bilməməsindən şikayətlənir.

Hər ayın ilk on günlüyündə hesablarına yatırılan bu pul 2016-cı ilin dekabr ayının əvvəlində bankomata, veteranına hesabına keçirilməli olan vəsaitdən hələ də xəbər yoxdur. Göyçaydakı Qarabağ müharibəsi veterenlarının çoxu müavinətlərini ala bilməyib.

Məlumata görə, ötən ilin dekabr ayından bu günə kimi Quba rayonunda da əhali ünvanlı dövlət sosial yardımlarını və təqaüdlərini ala bilmirlər.

Məsələ ilə bağlı sakinlər “Kapital Bank”ın Quba filialına müraciət ediblər. Müraciətə cavab verən bank əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən köçürmələrin həyata keçirilmədiyini bildiriblər.

Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən sakinlərin şikayətlərini cavablandırarkən “Qanunlar dəyişilib, pul verə bilmərik” deyiblər.

Ölkədə elə gün yoxdur ki, ərzaq məhsulları bahalaşmasın, iş yerləri bağlanmasın, ixtisarlar xəbəri gəlməsin. Azərbaycanın 2008-2013-cü illərdəki iqtisadi inkişaf tempi sürətlə üzüaşağı gedir. Vəziyyət getdikcə dramatikləşir və artıq ərzaq dükanları bir-bir bağlanmağa başlayır.

Bakıətrafı qəsəbələrdə və kəndlərdə ərzaq mağazaları, kiçik dükanların sahibləri müfisləşdiyi üçün obyektlərini qıfıllayırlar.

Məlumata görə, buna səbəb həm nisyə dəftərlərinin son vərəqinə qədər dolması, kəndlərdə, qəsəbələrdə camaatın borclarını qaytarmağa imkanı olmaması, digər amil isə əlindəki mayanı da xərcləyən obyekt sahiblərinin topdansatış mərkəzlərindən yeni mallar ala bilməməsidir.

Hazırda Maştağa, Zabrat, Balaxanı, Kürdəxanı, NZS, Binə, Mehdiabad və paytaxt ətrafındakı digər qəsəbələrdə ərzaq dükanlarının tək-tək bağlanması xəbərləri gəlir.

Gələn məlumatlarda bildirilir ki, əksər dükanların nisyə dəftərləri dolub-daşır: kimisi çörək, kimisi makaron, kimisi qənd, çay, yağ pulu borcludur.

Mərkəzi Bank sədri Elman Rüstəmov manatın sürətlə üzdüyü və əhalinin gəlirlərinin azaldığı zamanda da xalqı aldadır. Belə vəziyyətdə pensiyalar, müavər ödənməlidir.

Şərhlər

XƏBƏR LENTİ