SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Favorit” market velosiped yolunu “işğal” edib - VİDEO

“Favorit” market velosiped yolunu “işğal” edib - VİDEO

Tarix:

7-08-2017, 15:11

/ 61 265 dəfə oxundu.
“Favorit” market velosiped yolunu “işğal” edib - VİDEO

Bura bir neçə gün öncə açılışı olan Binəqədi – Novxanı yoludur. “Azəravtoyol”un təşəbbüsü ilə yolda velosipedçilər üçün xüsusi zolaq ayırılıb və yolun bu hissəsi işarələnib. Amma təəssüf ki, yolun kənarında olan “Favorit” market velosipedçilərin zolağını “işğal” edib və alış-verişə gələnlər üçün dayanacaq yaradıb.
Məlum məsələdir ki, öz zolağında olan velosipedçi hərəkətinə davam etmək üçün marketin qarşısında xətlənmiş zonada dayanan avtomobillərə görə əsas yola çıxmaq məcburiyyətindədir. Bu isə açıq-aşkar qəza riskinin yaranması deməkdir.
Həmin yoldan görüntünü təqdim edirik:

Gununsesi.info

Şərhlər

XƏBƏR LENTİ