yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakı metrosunun bu stansiyası təmirə bağlanır

Bakı metrosunun bu stansiyası təmirə bağlanır
4-08-2017, 11:13 91 077 dəfə baxılıb
yüklənir...

Bu aydan "Bakı Metropoliteni" QSC-nin "Bakmil" stansiyasının yenidən qurulmasına başlanılacaq.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, metronun yeganə yerüstü stansiyası olan "Bakmil" açıq hava şəraitində uzunmüddətli istismar nəticəsində atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalıb. Bu səbəbdən stansiya platformasının möhkəmləndirilməsi, fasad üzlüyünün, divar və döşəmə örtüyünün yenilənməsi, qapı və pəncərələrinin dəyişdirilməsi zərurəti yaranıb.

Təmir işlərinin aparıldığı müddət ərzində sərnişinlər stansiyadan istifadə edə biləcəklər. Stansiyanın xidmətindən istifadə edən sərnişinlərin təhlükəsizliyi və rahatlığını maksimum təmin etmək məqsədi ilə stansiyanın yenidən qurulması əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun yerinə yetiriləcək.

Yenidənqurma işləri başa çatdırıldıqdan sonra stansiya sərnişinləri ikinci mərtəbəsindən qəbul edərək yola salacaq. Aşağı mərtəbə isə xidmət heyəti üçün nəzərdə tutulacaq:

“Bakı metropoliteni istifadəyə verilərkən, belə bir stansiyanın tikintisi ilkin planda nəzərə alınmamışdı. Ötən əsrin yetmişinci illərində həmin ətrafda keçmiş SSRİ-nin ilk kondisioner zavodunun istismara verilməsi, həmçinin "Bakıelektroterm" İstehsalat Birliyində çalışan insanların rahatlığının nəzərə alınması, eləcə də ətrafda yeni sənaye obyektlərinin meydana gəlməsi depo ərazisində ikinci sərnişin platformasının inşa olunması zərurətini yaradıb,” – deyə açıqlamada deyilir.

"Depo" adlandırılan ilk belə kiçik bir platforma 1970-ci il sentyabrın 25-də istifadəyə verilib. 1979-cu ildə isə həmin platforma indiki birplatformalı stansiya görkəmini və statusunu alıb. "Elektrozavod" adlandırılan stansiyanın martın 28-də keçirilən rəsmi açılış mərasimində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, dövlət və hökumət nümayəndələri iştirak ediblər. 1992-ci ildə stansiyanın adı dəyişdirilərək, "Bakmil" qoyulub.

Xatırladaq ki, 38 ildir istifadədə olan "Bakmil" stansiyasının yenidənqurma tədbirlərinin 2018-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: baglanir, temire, Baki, stansiyasi, bu, metrosunun
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ