SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Gelandewagen” qəzasında ölənlərin - Adları

“Gelandewagen” qəzasında ölənlərin - Adları

Tarix:

4-08-2017, 10:17

/ 90 666 dəfə oxundu.
“Gelandewagen” qəzasında ölənlərin - Adları

Ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada ölən və yaralananların adları açıqlanıb.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Polisdən, həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Fotoda Mehdi Əliyevdir:

Şərhlər

XƏBƏR LENTİ